Amoris
Layihə rəhbəri (Xaçmaz)
Son tarix 16 yan 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Kənd Təsərrüfatı sahəsində - intensiv bağ layihəsinin idarə edilməsi;
- Bağ layihəsində aqronomların idarə olunması, meyvə ağaclarının qulluğuna nəzarət, mövsumi qulluğun vaxtında və keyfiyyətli icrasına nəzarət;
- Mövsümi işlərdə agrotexniki işlərin gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
- Müvafiq yoxlama üsullarından istifadə edərək, görüləcək işlərin icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;
- Layihənin normativ məhsuldarlığının təmin edilməsi üçün ardıcıl və planlı fəaliyyət;
- Layihədə istifadə olunacaq texnikaların səmərəli istifadəsinin təşkili;
- Məhsul yığımının vaxtında və itgisiz toplanması üçün mövsumi işçilərin cəlb edilməsi, yığımın səmərəli və standarta uyğun aparılmasının təşkili;
- Layihə risklərini minimuma endirmək üçün risklərin idarə olunması və profilaktikası;
- Layihə ilə əlaqəli sənədlərin hazırlanması və saxlanılması;
- Komanda üzvlərinə rəy, məsləhətlərin verilməsi və yeniliklərə təşviq edilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
- İdarəetmə bacarığı
İş şərtləri:
- 6 günlük iş qrafiki
- Qidalanma şirkət tərəfindən qarşılanır
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır.
- İş yeri Xaçmaz, Yeni Həyat.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.











