Amoris
Logistika üzrə menecer (Qusar)
Son tarix 08 avq 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Satışa çıxarılan məhsulların vaxtında yüklənməsi, daşınması və təhvil proseslərinin düzgün təşkili
- İxrac olunan məhsullar üzrə gömrük sənədlərinin (invoice, CMR, packing list, mənşə sertifikatı, fitosanitar və s.) düzgün hazırlanması və vaxtında təqdim olunmasının təmin edilməsi
- Gömrük meneceri, daşıyıcı şirkətlər və sürücülərlə əlaqələrin koordinasiyası
- Soyuducu və ya temperatur rejimli nəqliyyat vasitələrinin əvvəlcədən sifarişi və uyğunluğuna nəzarət
- Yükləmə zamanı məhsulun tara növü, çəkisi, paletləmə qaydaları və qablaşdırma standartlarına uyğunluğunu yoxlamaq
- Yükün anbar çıxış sənədləri ilə (mədaxil/məxaric) uyğunluğunu yoxlamaq
- Yükləmə heyətinə rəhbərlik etmək, iş bölgüsünü düzgün təşkil etmək və prosesi nəzarətdə saxlamaq
- Avtomobilin yükləmə qrafikinə uyğun hərəkət etməsini təmin etmək və gecikmələrin qarşısını almaq
- Nəqliyyat vasitələrinin GPS-lə izlənməsi və təyinat nöqtəsinə çatana qədər yükün vəziyyətini izləmək
- Gömrük və logistika ilə bağlı baş verən problemlər barədə operativ şəkildə rəhbərliyə məlumat vermək
- İxrac olunan məhsulun hansı bazara və ya market şəbəkəsinə getdiyini bilmək və oradakı keyfiyyət/standart tələblərinə uyğun yükləməni təmin etmək
- Daşınma prosesində baş verə biləcək riskləri əvvəlcədən analiz etmək və uyğun tədbirləri görmək
Tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 3 il iş stajı
- Yüksək səviyyədə MS Office proqramları, 1C
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
İş şəraiti
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən təmin olunur
- İş yeri Qusar, Ləgər Qışlaq
- Əmək haqqı razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.