AMET Services
Satınalma üzrə mütəxəssis
Son tarix 25 may 2024 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Müştərilərlə və təchizatçılarla ünsiyyət qurmaq və dəqiq məlumatı çatdırmaq bacarığı;
- Mövcud bazarın və rəqiblərin analizi;
- Bazarın tələbinə uyğun təkliflərin araşdırılması və formalaşdırılması;
- Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək;
- Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
- İcra mərhələsində olan sifarişləri təqib etmək;
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili, xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Təhlillərin aparılması və hesabatların hazırlanması;
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Anbar avadanlıqları və ehtiyyat hissələri üzrə 3 il iş təcrübəsi;
- MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti;
- Yaş həddi 25-45;
- Komandada işləmə bacarığı;
- Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması,
- Ünsiyyət qurma bacarığı,dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
İş qrafiki:
- Əmək haqqı: 1000 AZN - 1500 AZN;
- İş rejimi və vaxtı: 5 günlük 08:30 -17:00;
- Korporativ nömrə;
- İş yeri: Azərbaycan, Bakı, Salyan şossesi 12 km;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində “Satınalma üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərə bilər.
Əlaqə nömrəsi: +99455 202 97 04