Amal Group
Smeta mühəndisi
Son tarix 01 iyn 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti və infrastruktur layihələri üçün smeta sənədlərinin hazırlanması və təhlili
- Tikinti xərclərinin hesablanması, material və işçi qüvvəsinin dəyərləndirilməsi
- Forma 2 və digər smeta sənədlərinin hazırlanması və düzgün tərtib olunmasına nəzarət
- Layihə sənədlərinə uyğun olaraq smeta hesabatlarının tərtib edilməsi
- Tender sənədlərinin hazırlanması, qiymətləndirilməsi və müqayisəsi
- Podratçı və təchizatçılarla smeta üzrə müzakirələrin aparılması
- Müqavilə qiymətlərinin araşdırılması və bazar təhlili
- Maliyyə və büdcə planlamasında iştirak
- Layihə komandası və digər bölmələrlə əməkdaşlıq
Tələblər:
- Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat, Memarlıq və ya əlaqəli sahə üzrə)
- 28-40 yaşında bəy namizəd
- Smeta sənədlərinin hazırlanması və təhlili üzrə minimum 5 il iş təcrübəsi
- AutoCAD, MS Excel, Primavera üzrə biliklər
- Tikinti və quraşdırma işləri üzrə normativ sənədləri bilməli
- Layihə planlarını oxumaq və onlara uyğun smeta tərtib etmək bacarığı
- Azərbaycan tikinti bazarını və qiymətləri analiz edə bilmək
- Məsuliyyətli, analitik düşünmə qabiliyyətinə malik və komanda ilə işləyə bilən şəxs olmalı
Müsahibə üçün müraciət ünvanı:
- Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
İş qrafiki və qeydlər:
- İş yerinin ünvanı: “AMAL GROUP”MMC Mərkəzi Ofis (Bakı)
- Əmək haqqı: Razılaşma yolu ilə. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Smeta mühəndisi” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.