Amal Group
Təchizat üzrə mütəxəssis
Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-600-800-1000 manat - 24 VAKANSİYA
Son tarix 14 avq 2022 - [email protected]
Namizədə dair tələblər:
-
Təhsil: Ali təhsil,
-
Kompüter bilikləri: MS Office proqramları (excel-əla səviyyədə), 1C, digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
-
Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
-
İş təcrübəsi: 2 ildən az olmayaraq iş stajı; tikinti və mebel istehsalı sahələri üzrə satınalmada iş stajı əlavə üstünlük hesab olunur.
-
Analitik düşüncə qabiliyyəti və analiz etmə bacarığı.
-
Punktual və ünsiyyətcil olması.
Vəzifə öhdəlikləri:
-
Təyin edilmiş anbar qalığı və sifarişlər əsasında təchizatçı sifarişlərinin yerləşdirilməsi və təqibi
-
Təyin olunmuş məhsullar üzrə təchizatçı bazasını genişləndirmək.
-
Təchizatçı bazaları və onların qiymət cədvəllərini müntəzəm olaraq yeniləmək
-
Təchizatçılarla mütəmadi əlaqədə olmaq, ehtimal edilən və gözlənilən qiymət dəyişiklikləri barədə əvvəlcədən məlumatlı olmaq və buna uyğun müvafiq tədbirlər görmək və ya planlama aparmaq.
-
Öhdəliyində olan kateqoriyalar üzrə yeni məhsulların araşdırılması və alternativlərin tapılması.
-
Müvafiq məlumatların satış şöbəsinə ətraflı şəkildə təqdim olunması
-
Verilən sifarişlər əsasında mal - materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq və alınmasını təşkil etmək;
-
Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
-
Alınan mal - materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
-
Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
-
Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq.
Bilik və bacarıqlar:
-
Dövlət satınalma haqqında qanun və digər narmativ sənədlər.
-
1 C proqramından sərbəst istifadə etməsi.
-
Anbar işinin qurulması prosesini bilməsi.
-
Təchizatçılar tərəfindən göndərilən mal-materialların keyfiyyətini müəyyən etməyi bacarmalı.
-
Mal-materialların adlarını və istifadəsinə dair texniki xüsusiyyətlərini bilməsi.
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
Əmək haqqı: 800-1000 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “təchizat üzrə mütəxəssisi" adını qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.