Amal Group
Elektrik mühəndisi (Qubadlı rayonu)
Son tarix 04 mar 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Elektrik sahəsi üzrə iş bölgüsü aparmaq və onu təşkil etmək;
- Hasilat sahəsinin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təşkil etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsi istiqamətində tədbirlər görmək və təkliflər vermək;
- Elektrik enerji ehtiyatlarının sərf edilməsinin xüsusi normasını və enerji ehtiyatından səmərəli istifadə edilməsinə təşkil etmək;
- Şəbəkənin və elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təşkil etmək;
- Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsini təşkil etmək;
- Cəmiyyətdə işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təşkil etmək;
- Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə təlimatları hazırlanmasını təşkil etmək;
- Plan üzrə texniki təmir vəziyyətinin yaxşılaşmasına aid tabeliyində olan işçilərlə vaxtaşırı müzakirələrin aparılmasını təmin etmək;
- Cəmiyyət üzrə və həmçinin ayrı-ayrı texnoloji sexlər üzrə vahid məhsula düşən elektrik enerjisinin hazırlanıb rəhbərliyin təsdiqinə təqdim etmək;
- Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş müvafiq tədbirlərin icra edilməsini təşkil etmək;
- Ehtiyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən hasilat sahəsinin enerji təsərrüfatını təmin etmək;
- Xüsusilə mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək;
- İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılmasını təşkil etmək;
- İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini təşkil etmək;
- Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
- Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxemini, qurğuları yoxlamaq və qüsurların aradan qaldırılmasını təşkil etmək;
- Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsininə nəzarət etmək;
- Elektriklərin işinə nəzarət etmək və sahə rəisinə aşkarlanmış nöqsanlar, habelə görülən işlər barədə məlumat vermək;
- İşdən azad edilən zaman icra etdiyi işlərin son hesabatlarını son iş gününə qədər işləyib hazırlayaraq təhvil-təslim etmək;
İş şəraiti:
- İş qrafiki və qeydlər: 6 günlük iş qrafiki
- İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
- Əmək haqqı: 2200-2800 AZN
Tələblər:
- Təhsil: Ali (Elektrik mühəndisi sahəsi üzrə)
- İş stajı: Elektrik mühəndisi kimi 3-5 il arası təcrübə
- Yaş həddi: 25-50
- AutoCad proqramı bilməsi mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Elektrik mühəndisi” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.











