Amal Group
Mexanika mühəndisi (Qubadlı rayonu)
Son tarix 13 iyn 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mexaniki sistemlərin (nasoslar, ventilyatorlar, kompressorlar, boru xətləri və s.) layihələndirilməsini təmin etmək.
- Mövcud mexaniki avadanlıqların texniki vəziyyətini qiymətləndirmək və təmir planlarını hazırlamaq.
- Yeni avadanlıqların quraşdırılmasına, sazlanmasına və istismara verilməsinə nəzarət etmək.
- Texniki cizgilərin, hesabatların və texniki sənədlərin hazırlanmasını təmin etmək.
- Nasazlıqların səbəblərini təhlil etmək və onların aradan qaldırılması üçün tədbirlər görmək.
- Mexaniki sistemlərin enerji səmərəliliyini artırmaq üçün təkliflər hazırlamaq.
- Təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət etmək.
- Podratçılar, təchizatçılar və texniki nəzarət orqanları ilə əməkdaşlıq etmək.
- Gündəlik texniki hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Avadanlıqların texniki baxış, kalibrasiya və planlı təmir işlərinin vaxtında icrasını təmin etmək.
- Ehtiyat hissələrinin siyahısını hazırlamaq, onların vaxtında sifarişi və dəyişdirilməsini təmin etmək.
- Yeni texnologiyaların tətbiqi üzrə təkliflər hazırlamaq və texniki yenilikləri izləmək.
- İstehsalat və texniki proseslərdə yaranan mexaniki problemlərin diaqnostikasını aparmaq.
- Texniki təhlükəsizlik üzrə təlimlərdə və daxili yoxlamalarda iştirak etmək.
- Layihə və texniki sənədlərin tərtibində, ekspertizasında və təsdiqində iştirak etmək.
- Mexaniki sistemlərin iş rejimlərini optimallaşdırmaq və səmərəliliyi artırmaq üçün ölçmələr aparmaq.
- İstifadə olunan avadanlıqların istismar müddətinə nəzarət etmək və modernizasiya təklifləri vermək.
- Texniki şöbənin fəaliyyətinə dair aylıq və illik hesabatların hazırlanmasında iştirak etmək.
İş şəraiti
- Əmək haqqı: 2200-2500 AZN
- İş qrafiki - 6 günlük
- İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
Tələblər:
- Təhsil: Ali (Mexanika mühəndisi sahəsi üzrə)
- İş stajı: Mexanika mühəndisi kimi 3-5 il arası təcrübə
- AutoCad proqramı bilməsi mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Mexanika mühəndisi” (Qubadlı) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.















