Amal Group
Mebel istehsalatı sexinin müdiri
Son tarix 14 iyl 2023 - [email protected]
İş yeri: Novxanı qəsəbəsi
Vəzifə öhdəlikləri:
- İstehsal fəaliyyətinin idarə və təşkil edilməsi
- Hazırlanan məhsulun keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılmasının təmin edilməsi.
- Zay məhsul buraxılışının qarşısının alınması
- Bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi
- Əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi, daxili nizam-intizam və təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət. Əməkdaşların iş ərazilərinin təmizliyinin təmin edilməsi.
- Hesabatların vaxtında tərtib edilməsi, yoxlanılması və rəhbərliyə təqdim edilməsi
- Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını
- İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət edilməsi
- Məhsulun hazırlanması texnologiyası və digər istehsalat məsələləri üzrə təlimatların keçirilməsi
- İşçilərin iş bacarıqlarının qaldırılması üzrə daimi olaraq işin aparılması, əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatların verilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək
Bacarıqlar:
- İdarə etmə bacarığı
- Operativlik
- Dəqiqlik
- Dürüstlük
- Təşəbbüskarlıq
- Komandada işləmək bacarığı
- Detallara diqqət yetirmək qabiliyyəti
- Analitik və strateji baxış bacarıqları
Əmək haqqı: 1000(NET)+Bonus
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İstehsalat müdiri" adını qeyd edərək ünvnına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.