Amal Group
Hüquqşünas (Tikinti sektoru)
Son tarix 23 fev 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti, podrat, subpodrat, layihələndirmə, təchizat və xidmət müqavilələrinin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
- Tikinti layihələri üzrə texniki tapşırıqların, əlavələrin və dəyişikliklərin hüquqi baxımdan yoxlanılması;
- Müqavilə şərtlərinin icrasına hüquqi nəzarət, pozuntuların müəyyən edilməsi və hüquqi tədbirlərin görülməsi;
- Layihə prosesində yaranan hüquqi risklərin qiymətləndirilməsi və rəhbərliyə rəy verilməsi;
- Tikinti sahəsində iddia, cərimə, gecikmə və fors-major halları ilə bağlı hüquqi mövqenin hazırlanması;
- Sifarişçilər, podratçılar və subpodratçılarla aparılan danışıqlarda hüquqi dəstəyin göstərilməsi;
- Lisenziyalar, icazələr və digər hüquqi sənədlərin alınması prosesində iştirak;
- Rəsmi sorğulara, yoxlamalara və müraciətlərə hüquqi cavabların hazırlanması;
- İddia ərizələrinin, etirazların, şikayətlərin və digər prosessual sənədlərin hazırlanması;
- Məhkəmə qərarlarının icrasına nəzarət.
Tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Hüquqşünas kimi 3 illik iş təcrübəsi (tikinti sahəsində təcrübə mütləqdir);
- MS Office proqramlarında işləmək bacarığı;
İş şəraiti:
- İş yeri: Caspian Plaza;
- İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;
- Əmək haqqı: 1000-1200 azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Hüquqşünas (Tikinti sahəsi)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.











