2008-ci ildə yaradılan “Alyans Tekstil” MMC, bir növbədə 250-ə yaxın işçisi ilə işləyən və müasir standartlara cavab verən xüsusi geyim istehsalında ixtisaslaşmış qabaqcıl fabriklərdən biridir. Bütün məhsullar beynəlxalq standartlara tam cavab verən Yaponiya və Almaniya istehsalı olan müasir və yüksək dəqiqlikli avadanlıqlardan istifadə etməklə istehsal olunur. Müştərilərimiz tərəfindən təbii və qarışıq lifli materiallardan əlavə, iş geyiminin toxunmasında istifadə olunan materiallara qarşı tələb olunan yüksək standartlara cavab vermək üçün yağ və su itələyici, turşuya davamlı, antistatik, antibakterial, alov davamlı, və digər texniki parçalar. Həm də işçilərinizin təhlükəsizliyini tamamilə təmin edəcək lazımi iş geyimlərinin seçilməsində yüksək ixtisaslı kadrlarımız tərəfindən verilən yardımları təklif edirik. Fabrikimiz bir kəsmə, tikiş salonu, boya loqosu, naxış, ütü, qablaşdırma, hazır məhsul, keyfiyyətə nəzarət şöbəsi, xammal anbarı, yeməkxana və ofis binasından ibarətdir. Fabrik dünyaca məşhur markaların rəsmi distribyutorudur və 1000-dən çox iş geyim modelinə malikdir.
Tələblər:
• Ali təhsil (Tenxniki və mühəndislik ixtisaslarına üstünlük verilir, lakin mütləq deyil);
• SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi. Texniki sahədə iş təcrübəsi üstünlükdür;
• İstehsalat texnologiyasının əsaslarını yaxından bilməlidir;
• Sürücülük vəsiqəsi
• SƏTƏM proseslərini əhatə edən sertifikasiya (hündürlükdə iş, elektrik təhlükəsizliyi, insidentlərin araşdırılması və s.);
• İSO 14001, İSO 45001/OHSAS 18001 standartlarının əsas prinsiplərini bilməlidir;
• SƏTƏM-ə aid yerli qanunvericiliyin tələblərini bilməlidir;
• Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalıdır. Rus dili səlis, ingilis dili arzuolunandır;
• Microsoft Office, Outlook proqramlarında işləmək bacarığı;
• Mühitə tez uyğunlaşan, komandada işləmə qabiliyyəti, dəqiq, məsuliyyətli olmalıdır;
• Nizam-intizamlı, yüksək ünsiyyət qabiliyyətli olmalıdır.
Öhdəliklər:
• İş prosesində yarana biləcək təhlükəli iş şəraitinin qarşısının alınması məqsədi ilə müvafiq təhlükəsizlik tədbirlərin həyata keçirilməsi, təhlükəsizlik prinsiplərini və texnologiyalarını tədbiq edərək səhhətin, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması üzrə prosedura və qaydalarının hazırlanması və proqramlarının planlalaşdırılması, həyata keçirilməsi və təhlükəsizlik işlərinin koordinasiya edilməsi;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya işlərinin təşkil edilməsi;
• İş yerlərində nizam-intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenaya şirkətdaxili prosedura və qaydalar çərçivəsində riayət olunmasına nəzarət edilməsi;
• İstehsalat zədələri və peşə xəstəliklərin səbəblərinin müəyyən edilməsi, iş aktların və digər aidiyatı hesabatların və sənədləşmələrin hazırlanması, hadisələrin qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onların təftiş və təhlil edilməsi, mütamadi hesabatların hazırlanıb, rəhbərliyə çatdırılması;
• İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə mütamadi yoxlamalar və ya qiymətləndirilmələrin aparılması;
• İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini araşdırmaq və bu kimi hallar olduğu təqdirdə iş prosesinin saxlatdırılması ilə bağlı tədbirlər planın hazırlanması və icrası;
• Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək.
İş şəraiti:
İş yeri: Sumqayıt şəhəri
İş rejimi: 5 günlük 08:30-17:30
AR Əmək məcəlləsinə uyğun sənədləşmə;
Əmək haqqı: 1000-1200 AZN
Nahar, korporativ mobil telefon və nömrə şirkət tərəfindən təmin olunur.
Rahat iş şəraiti.
Bu tələblərə uyğun namizədlərdən CV-rini [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.