Alyans Tekstil
Tender üzrə mütəxəssis
Son tarix 28 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması;
- Tender prosesində şirkətin təmsil olunması;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
- Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
- Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
- İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan müddət ərzində Sifarişçiyə göndərilməsi;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
- Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
Namizədə tələblər:
- Ali təhsil
- Yaş həddi 25-45
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
- Ünsiyyət qurma, fikrini səlist izah edə bilmə qabiliyyəti
- MS Office biliklərinə malik olmalı
- Azərbaycan, İngilis və Rus dillərini bilməli
- İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı
İş şərtləri:
- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
- İş rejimi: 5 günlük, iş saatı: 08:30-17:30
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
Uyğun namizədlərin CV-lərini mövzu hissəsinə “Tender üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərmələri xahiş olunur.