Almet Holding
Aparıcı Maliyyə Mütəxəssisi
Son tarix 29 iyn 2024 - [email protected]
Komandamıza təcrübəli Aparıcı Maliyyə Mütəxəssisi axtarırıq. Bu vəzifədə siz maliyyə hesabatlarının hazırlanması və nəzarəti, büdcənin hazırlanması, maliyyə təhlili və IFRS standartlarına uyğunluq daxil olmaqla, şirkətin maliyyə proseslərinin idarə edilməsində mühüm rol oynayacaqsınız. Sizin öhdəliklərinizə maliyyə hesabatlarının düzgünlüyünü təmin etmək, büdcədən kənarlaşmaları təhlil etmək və maliyyə nəticələrini optimallaşdırmaq üçün şirkət əməkdaşları ilə birgə çalışmaq daxildir.
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə hesabatlarının IFRS standartları üzrə sərbəst şəkildə aylıq, rüblük və illik hesabatlarının hazırlayır və nəzarət edir;
- Şirkətin maliyyə hesabatlarının (aylıq) dəqiqliyinin yoxlanılması üçün nəzərdə tutulmuş yoxlama prosedurlarını icra edir;
- Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və məlumatların mütamadiliyinə nəzarət edir;
- Şirkətin faktiki gəlirlərinin və xərclərinin aylıq, rüblük və illik hesabatlarının hazırlayır və həmin hesabatların büdcə ilə müqayisəli təhlil edir;
- Verilmiş büdcədən kənarlaşma hallarının aşkara çıxarır və təhlil edir. Büdcədən kənar aşkar olunmuş əhəmiyyətli fərqlərin və yüksək məbləğli xərclərin təhlil edib şöbə və departament rəhbərini bu barədə məlumatlandırır;
- Təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və şöbə rəhbərini yarana biləcək potensial problemli sahələr barədə məlumatlandırır;
- Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflər edir;
- Gəlir və xərclərin təhlilini aparır;
- Elektron cədvəllərdən istifadə etməklə maliyyə modellərini tərtib edir;
- Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır və nəticələri yuxarı rəhbərliyə bildirir.
Tələblər:
- Maliyyə və iqtisadiyyat üzrə bakalavr təhsili;
- Maliyyə sahəsində ən azı 4 il iş təcrübəsi;
- Riyazi təfəkkür, analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi;
- IFRS üzrə nəzəri və praktiki biliklərin olması;
- ACCA üzrə ən azı F3, F5, F7 sertifikatların olması;
- İngilis dilində sərbəst danışıq və yazma bacarığı;
- 1C proqramı ilə yüksək səviyyədə işləmə qabiliyyəti;
- Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmə qabiliyyəti;
- Komanda şəklində işləmək bacarırığı, təşəbbüskarlıq və idarəetmə bacarığı;
- Planlaşdırma, vaxtın düzgün idarə edilməsi, verilən tapşırıqların icrasını vaxtında edilməsi və yoxlanılması;
- Etibarlılıq.
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə
- İş vaxtı: 5 günlük iş həftəsi, 08:00 – 17:00
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Qeyd: İstehsalat sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Həmçinin, ACCA və digər sertifikatların olması, Oracle, PowerBI, SQL üzrə nəzəri və praktiki biliklər və Rus dili biliyi əlavə üstünlükdür.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı Maliyyə Mütəxəssisi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.