Almet Holding
Gömrük bəyannaməçisi
Son tarix 12 yan 2024 - [email protected]
İşin təsviri:
- Komandamıza Gömrük əməliyyatlarını təşkil etmək və koordinasiya etmək üçün Gömrük bəyannaməçisi axtarışındayıq. Təcrübəsinə və bacarığına güvənən namizədləri aramızda görməkdən məmnunluq duyarıq.
Vəzifə öhdəlikləri:
- Qısa idxal bəyannamələrini tərtib etmək
- Tranzit gömrük bəyannamələrini tərtib etmək
- Bəyannamələri sistemə işləmək
- Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin elektron qaydada tərtib etmək
- Mal və nəqliyyat vasitələrini bəyan etmək
- Mal və nəqliyyat vasitələrinin idxal-ixrac əməliyyatları bəyannamələri hazırlanmaq
- İxrac, müvəqqəti saxlanc, beynəlxalq tranzit proseduru altında malları bəyan etmək
- Holdinq tərəfindən ödənilməli olan gömrük ödənişlərini düzgün hesablamaq
- Hazırlanmış idxal bəyannamələrinin sistemə daxil etmək
- Alınacaq malların ƏDV məbləğlərini hesablamaq və onlarla bağlı hesabatları tam, vaxtında və düzgün şəkildə hazırlayaraq rəhbərliyə təqdim etmək
Tələblər:
- Bakalavr dərəcəsi. (Bəyannaməçinin İxtisas Attestatı olması üstünlükdür)
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Əla səviyyədə azərbaycan dilində yazı və danışıq qabiliyyəti
- Yaxşı ingilis dili, rus dili biliyi üstünlükdür
- Yaxşı səviyyədə MS Office biliyi
- Mükəmməl analitik və problem həll etmə bacarıqları, potensial riskləri müəyyən etmək və azaltmaq bacarığı
- Vaxtı səmərəli şəkildə idarə etmək, son tarixləri qarşılamaq və dəyişən prioritetlərə uyğunlaşmaq bacarığı
Şirkət nə təklif edir:
- Rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi
- Xarici ölkələrdə nümayəndəlikləri olan yerli şirkətdə iş təcrübəsi
- Şəxsi və peşəkar inkişaf imkanları
- Dinamik və böyüməkdə olan şirkətdə işləmək imkanı
- Digər üstünlüklər (sınaq müddətindən sonra fitness təminatı, özəl tibbi sığorta, korporativ mobil nömrə və s.)
İş yeri Azərbaycan, Bakı şəhəridir.
Maraqlanan namizədlərdən mövzu yerində vəzifə adını qeyd etməklə öz CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.