Alliance Legal Center
Baş Hüquqşünas (Senior Lawyer)
Son tarix 24 mar 2026 - [email protected]
İş şəraiti:
- Ünvan: Bakı ş., Nərimanov r., Həsənoğlu küç. 4 (Heydər Əliyev Mərkəzinin yaxınlığı)
- İş rejimi: 5 günlük (Tam ştat)
- Əmək haqqı: 2000 AZN + Yüksək bonuslar
Axtardığımız Namizəd:
Biz ənənəvi hüquqi yanaşmalardan kənar, köhnəlmiş metodlardan tamamilə uzaq, müasir dünya görüşünə malik və innovativ həllər təklif edən komanda yoldaşı axtarırıq. Əsas hədəfimiz açıq fikirli, liderlik qabiliyyəti yüksək, kreativ və tənqidi düşüncəyə malik peşəkarları bir araya gətirməkdir.
Qeyd: Müəyyən edilmiş tələblərə cavab verməyən namizədlərdən CV göndərməmələri xahiş olunur.
Vəzifə Öhdəlikləri:
- Şirkətin gündəlik fəaliyyətinə dair bütün məsələlər üzrə yüksək keyfiyyətli hüquqi dəstəyin təmin edilməsi;
- Mülki və vergi qanunvericiliyinin maddi/prosessual normaları üzrə kompleks araşdırmaların aparılması və təhlillərin hazırlanması;
- Kommersiya hüququ üzrə çoxşaxəli hüquqi rəylərin hazırlanması;
- Mürəkkəb müqavilə və sazişlərin tərtibi, hüquqi ekspertizası və danışıqlar prosesinin idarə edilməsi;
- Xarici tərəfdaşlarla birbaşa danışıqların aparılması və işgüzar görüşlərin keçirilməsi;
- Hüquqşünaslardan ibarət komandanın işinin koordinasiyası və komanda üzvlərinin motivasiya edilməsi;
- Hüquqi risklərin öncədən qiymətləndirilməsi və praktiki həll yollarının təqdim edilməsi;
- Sahəvi normativ tənzimləmələrə və daxili siyasət tələblərinə riayət olunmasının monitorinqi;
- Dövlət tənzimləyici orqanları və xarici partnyorlar qarşısında şirkətin maraqlarının təmsil edilməsi;
- Şirkətdaxili hüquqi maarifləndirmə və təlim tədbirlərinin təşkili.
Namizədə dair Tələblər:
- Təhsil: Hüquq ixtisası üzrə bakalavr və/və ya magistr dərəcəsi;
- Təcrübə: Hüquq firmasında və ya beynəlxalq konsaltinq şirkətində ən azı 3 il fasiləsiz peşəkar iş təcrübəsi;
- Biliklər: AR mülki və vergi qanunvericiliyi üzrə dərin biliklər; hüquqi yoxlama (Due Diligence), komplayns və korporativ məsləhət təcrübəsi;
- Analitika: Güclü hüquqi araşdırma (legal research) və mürəkkəb normaları biznes situasiyalarına tətbiq etmə bacarığı;
- Dillər: Azərbaycan və İngilis dillərində (yazılı və şifahi) səlis bilik;
- Yanaşma: Nəticəyönümlü, çevik, liderlik potensialı və yüksək biznes etikası.
Biz nə təklif edirik?
- Dinamik, müasir və rəqabətədavamlı iş mühiti;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Beynəlxalq miqyaslı maraqlı layihələrdə iştirak;
- Rəqabətli əmək haqqı (2000 AZN + bonuslar).
Müraciət üçün: Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Baş Hüquqşünas" qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-poçt ünvanına göndərmələri xahiş olunur.












