Alliance Legal Center MMC
Hüquq Departamentinin Rəhbəri
Son tarix 08 okt 2025 - [email protected]
Vəzifə Öhdəlikləri:
- Hüquq departamentinin fəaliyyətinə rəhbərlik etmək və strateji idarəetməni təmin etmək;
- Müştərilərə göstərilən hüquqi xidmətlərin keyfiyyətinə nəzarət və onların davamlı inkişafını təmin etmək;
- Korporativ, kommersiya, miqrasiya, əmək, vergi və gömrük hüququ üzrə peşəkar hüquqi məsləhətlər və xidmətlər təqdim etmək;
- Xarici şirkətlər, investorlar və diplomatik nümayəndəliklərlə yüksək səviyyədə münasibətlər qurmaq və inkişaf etdirmək;
- Komandanın idarə olunması, iş bölgüsünün təşkili və nəticələrin monitorinqi;
- Şirkətin hüquqi strategiyasının hazırlanması və icrasına dəstək vermək.
Namizədə Tələblər:
- Hüquq üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
- Minimum 5 illik hüquq sahəsində iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə azı 1 il təcrübə;
- Biznes hüququ, korporativ və kommersiya, vergi, gömrük və miqrasiya hüququ üzrə dərin praktiki bilik və təcrübə;
- Komanda idarəetmə və liderlik bacarıqları; idarəçilikdə yalnız formal səlahiyyətlərdən istifadə etməyən, komandasına nümunə olan, onları hədəflərə çatdırmaq üçün ruhlandıran və birgə inkişafı təmin edən şəxs olmaldır.
- Analitik düşüncə, strateji yanaşma, yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Xarici tərəfdaşlarla işləmək və beynəlxalq mühitdə fəaliyyət göstərmək bacarığı;
- Yaş həddi: minimum 28 yaş;
- Bəy namizədlərə üstünlük verilir.
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (Azərbaycan dili, rus və ingilis dili bilikləri);
- Peşəkar etika və məsuliyyətlilik.
Təklif Edirik:
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi;
- Qlobal brendlərlə və diplomatik nümayəndəliklərlə işləmə imkanı;
- Dinamik və peşəkar iş mühiti;
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev Mərkəzinin yaxınlığı.
CV-nizi və sonuncu iş yerindən təqdim olunmuş Tövsiyə Məktubunu (Reference Letter) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Elektron məktubun mövzu sətrində “Hüquq Departamentinin Rəhbəri” qeyd edilməlidir.