Alliance Legal Center MMC
Hüquqşünas
Son tarix 24 noy 2025 - [email protected]
"Alliance Legal Center” MMC korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmış “Hüquqşünas” vakansiyasını elan edir.
İş vəzifələri:
- Hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya), filial və nümayəndəliklərinin qeydiyyatı və fəaliyyətə başlaması üçün hüquqi dəstək və sənədlərin hazırlanması;
- Əqli mülkiyyət, miqrasiya və digər müvafiq qanunvericiliklə əlaqəli sənədlərin hazırlanması və dövlət qurumlarına müraciətlərin həyata keçirilməsi;
- Hüquqi sənədlərin təhlili, ekspertizası və təkmilləşdirilməsi; müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və danışıqların aparılması;
- Hüquqi məsləhətlərin verilməsi, layihələrin hüquqi ekspertizası, və dövlət orqanlarında təmsilçilik.
Tələblər:
- Hüquq üzrə bakalavr və magistr dərəcələri;
- Azərbaycan, RUS və İNGİLİS dilinin yüksək səviyyədə bilmək;
- Ən azı 2 il peşəkar təcrübə, hüquq və prosedurlar sahəsində biliklər;
- Güclü analitik və tədqiqat bacarığı, yüksək ünsiyyət və komandada işləmək qabiliyyəti;
- Təşəbbüskarlıq və məsuliyyətlilik.
- Səlist nitq qabiliyyətli.
AKTİV VƏ KREATİV namizəd axtarılır.
Səlist nitq qabiliyyətli.
İş və şəraiti:
- İş qrafiki: həftədə 5 gün;
- İş saatı: 09:00-18:00.
- Ünvan: Nərimanov rayonu, Həsənoğlu küçəsi 4;
- Əmək haqqı: 1000 manat (net) və yüksək bonuslar.
Dil bilikləri olmayanlar zəhmət olmasa cv göndərilməsin.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Hüquqşünas” Başlıqı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yollamağı xahiş olunur.













