ALCO MMC
Satış və Satınalma üzrə Mütəxəssis (Kofe, Kakao, Quru Meyvə və Çay Məhsulları üzrə)/ Satış və Marketinq üzrə Mütəxəssis
Son tarix 09 yan 2026 - [email protected]
İş barədə məlumat:
- Əmək haqqı: 1450 Azn-dən başlayan əmək haqqı
- İş yeri: İçərişəhər, Vəli Məmədov, ev 3
- İş qrafiki: Tam iş günü
Vəzifə öhdəlikləri:
Satış istiqaməti:
- Kofe, kakao, quru meyvə və çay məhsullarının satışını təşkil etmək
- Yeni müştərilərin axtarışı və müştəri bazasının genişləndirilməsi
- Mövcud müştərilərlə davamlı əlaqənin qurulması və sifarişlərin idarə olunması
- Bazarın, rəqiblərin və qiymət tendensiyalarının təhlili
- Məhsul təqdimatlarının hazırlanması və keçirilməsi
- Satış planlarının icrası və aylıq hesabatların hazırlanması
Satınalma istiqaməti:
- Kofe, kakao, quru meyvə və çay üzrə potensial təchizatçıların araşdırılması
- Xarici və yerli təchizatçılarla danışıqların aparılması, müqavilə şərtlərinin razılaşdırılması
- Qiymət, keyfiyyət və nəqliyyat şərtlərinə uyğun ən optimal təkliflərin seçilməsi
- Sifariş prosesinin koordinasiyası: yükün hazırlanması, göndərilməsi və çatdırılmasının izlənməsi
- Gömrük və logistika proseslərinin əlaqələndirilməsi
- Satınalma xərclərinin optimallaşdırılması və maliyyə planlaması üçün məlumatların təqdim edilməsi
Namizədə tələblər:
- Ali təhsil (Biznes, Beynəlxalq Ticarət, Marketinq və ya İqtisadiyyat sahəsində olması üstünlükdür)
- FMCG və ya kənd təsərrüfatı məhsullarının satış/satınalma sahəsində minimum 2 il təcrübə
- Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək
- Güclü danışıqlar aparma bacarığı və analitik düşüncə
- Bazar araşdırması və kommersiya təkliflərinin hazırlanması bacarığı
- Logistika və gömrük prosesləri haqqında biliklər
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək
- Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq
Şirkət tərəfindən təklif olunur:
- Rəsmi əmək müqaviləsi
- Sabit əmək haqqı + bonus
- Peşəkar inkişaf və təlim imkanları
- Rahat və stabil iş şəraiti
- Kariyera yüksəlişi üçün imkanlar
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-ni “Satış və Marketinq üzrə Mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Tələblərə cavab verməyən şəxslərin müraciət etməməsi tələb olunur.











