Təchizatçı
• Müəssisənin adı: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC
• Struktur bölmə: Mərkəzi Təchizat Departamenti
• Əsas iş yeri: Bakı şəhəri
Namizədə dair tələblər:
• Ali təhsili olmalıdır;
• Aidiyyatı sahə üzrə 3 ildən 5 ilə qədər iş təcrübəsi olmalıdır;
• Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
• Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq qabiliyyəti;
• Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır;
• Məsuliyyətli, diqqətli, idarəçilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti olmalıdır;.
Əsas vəzifə öhdəlikləri:
• Şirkətin bütün təchizat üzrə sifarişlərinin təmin edilməsinə nəzarət etmək;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
• “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq tender,təklif sorğularının keçirilməsini təşkil etmək;
• Qiymət Sorğusu/Tenderin keçirilməsi üzrə müvafiq qanunvericiliyin və daxili qaydalara uyğun olaraq məhsul və xidmətlərin satınalınması üzrə qiymət sorğusu/tenderlərin elan olunmasını, prosesin idarəolunması, təkliflərin təhlil edilərək ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
• Müqavilələrin bağlanılması və müqavilə şərtlərinin icrasını nəzarətdə saxlamaq;
• Gömrük rəsmiləşdirilməsini həyata keçirmək (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədləri paketinin broker şirkətinə təqdim etmək);
• Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
• Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Əsas təminatlar:
• Aylıq mobil rabitə limiti ilə təmin olunur
E - mail : [email protected] Mövzu hissəsində " Təchizatçı " qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.