Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası
Material mühəndisi
Son tarix 03 mar 2022 - [email protected]
Nəzərdə tutulan əmək haqqı: müsahibə zamanı razılaşdırılma yolu ilə
Əsas iş yeri: Ağstafa rayonu
Namizədə dair tələblər:
- Ali təhsil;
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi;
- Dil: Azərbaycan ; İngilis və Rus dilləri ( arzuolunandır)
Əsas vəzifə öhdəlikləri:
- Tikinti Quraşdırma İşlərinin Planına əsasən lazım olan material, maşın mexanizm və insan resurslarının hesablanması;
- Təyin edilmiş resurslara əsasən maya dəyərinin hesabatı;
- Yerinə yetirilmiş işlər üzrə material resurslarının texniki hesabatlarının tərtibi;
- Smeta sənədlərinə uyğun Forma-2 lərin hazırlanması;
- Həftəlik, aylıq və yekun hesabatların tərtibi;
- Layihələrdə iş həcmlərinin və materialların miqdarının hesablanması;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması.
- Əsas iş yeri ofisdə olmaqla vaxtaşırı tikinti sahəsinə səfər edəcək.
Mövzu hissəsində " Material mühəndisi " qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur yalnız tələblərə cavab verən namizədlər CV göndərsin.
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası
208
Texniki ofis müdiri
Son tarix 03 mar 2022 - [email protected]
Nəzərdə tutulan əmək haqqı: müsahibə zamanı razılaşdırılma yolu ilə
Əsas iş yeri: Özbəkistan Respublikası ; Əndican şəhəri
Namizədə dair tələblər:
- Ali təhsil;
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi;
- Dil: Azərbaycan, Rus ; İngilis dili arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
- Şöbənin işinin təşkili;
- Bütün cari təmir, tikinti və profilaktik texniki qulluq planlamasını həyata keçirmək.
- Planlaşdırılmış və plandan kənar təmir işlərinin həyata keçirilməsini təmin etmək.
- Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək
- Texniki qulluq və istehsalat təlimatlarının yenilənməsini və həmin təlimatlara uyğun fəaliyyət göstərilməsini təmin etmək.
- Şöbənin illik büdcəsinin hazırlanması və nəzarət.
- Layihələrin nəzərdən keçirilməsi, razılaşdırılması və Layihələrin yerinə yetirilməsinə nəzarət;
- Layihələrin və cari təmir-tikinti proseslərinin proseslərinin vaxt analizini etmək və proseslərin inkişafını təmin etmək.
- Layihələrin yerinə yetirilməsi zaman ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbir görülməsini təmin etmək.
- Fəaliyyətin və eyni zamanda gərəkən resursların planlanması. Aylıq hesabatların hazırlanması;
- Plana əsasən iş qrafikini müəyyən etmək və qrafikə uyğun icrasını təmin etmək.
- Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabtalarını hazırlamaq.
- İşlərin yerinə yetirilmə metodlarının hazırlanması;
- Muvafiq orqanlarla yazışmaların aparılması;
- Gərəkən mal material təhcizatı qrafikinin hazırlanması va nəzarət;
- Yerinə yetirilmiş işlərin ölçülməsi və muvafiq mal material silgisinin təşkili;
- Yerinə yetirilmiş işlərin və bitmiş layihələrin texniki təhvil alınması;
- Yerinə yetirilmış işlər üçün hesabların hazırlanması;
- Tenderlərin texniki hissəsinin hazırlanması;
- Əsas iş yeri ofisdə olmaqla vaxtaşırı tikinti sahəsinə səfər etmək.
Mövzu hissəsində " Texniki ofis müdiri " qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur yalnız tələblərə cavab verən namizədlər CV göndərsin.
Laboratoriya müdiri
Son tarix 03 mar 2022 - [email protected]
Nəzərdə tutulan əmək haqqı: müsahibə zamanı razılaşdırılma yolu ilə
Əsas iş yeri: Ağstafa rayonu
Namizədə dair tələblər:
- Ali təhsil;
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi;
- Dil: Azərbaycan ; İngilis və Rus dilləri ( arzuolunandır)
Əsas vəzifə öhdəlikləri:
- Zavod üçün lazım olan yeni məhsulların araşdırılmasını həyata keçirmək.
- Yeni məhsul və ya mövcud məhsulun inkişafına dair işləri həyata keçirmək.
- İstehsal ediləcək yeni məhsulların proses və xammal standartlarını müəyyən etmək.
- İstehsal olunan məhsulların xərc və keyfiyyət optimizasiyasını təmin etmək.
- Müştəri şikayətlərini nəzarətdə saxlamaq və müştəri məmnuniyyətinin təmin olunması üçün laboratoriya işlərini həyata keçirmək.
- Bazarda baş verən yenilik və dəyişiklikləri araşdırmaq və nəzarətdə saxlamaq.
- Səmərəli və keyfiyyətli məhsul əldə etmək üçün istehsal mərhələsində keyfiyyətə nəzarətin həyata keçirilməsini təmin etmək.
- İstehsalat üçün reseptlər hazırlamaq, maddələrin qarışma və birləşmə nisbətlərini müəyyənləşdirmək və yoxlanılmasını təmin etmək.
- İstehsalat zamanı istifadə olunan üsulların məhsuldarlığını daim nəzarətdə saxlamaq və inkişaf fəaliyyətlərini icra etmək.
- Məhsulun keyfiyyətini artıracaq araşdırmaları həyata keçirmək.
- Müəyyən olunmuş hesabatları aparır və lazımi hesabatları tərtib edir.
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Mövzu hissəsində " Laboratoriya müdiri " qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur yalnız tələblərə cavab verən namizədlər CV göndərsin.