Banner

Vakansiyalar

"Akkord" işçi axtarır - VAKANSİYA

"Akkord" işçi axtarır - VAKANSİYA | FED.az
22:41 2 Fev 2021

Hüquqşünas

Müəssisənin adı: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC

Nəzərdə tutulan əmək haqqı: 1500-3500 AZN
Əsas iş yeri: Bakı şəhəri

Namizədə dair tələblər:

• Hüquq sahəsi üzrə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür);
• Azərbaycan Respublikasının qanunveriliyini (mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi icra haqqında qanunu) və beynəlxalq normativ sənədləri yüksək səviyyədə bilmək;
• Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərində mükəmməl danışıq və yazı;
• Ölkədaxili və xarici səfər etmək imkanına malik olmaq;
• Microsoft və ofis proqramlarını mükəmməl bilmək;

Əsas vəzifə öhdəlikləri:

• Hüquqi sənədləri tərtib etmək;
• Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika və s.) hazırlamaq, müqavilə layihələrinə hüquqi rəy və təkliflər vermək, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparmaq;
• Korporativ sənədlərin hazırlanmasında iştirak etmək;
• Şirkət daxili təlimat, qayda və prosedurların layihəsini tərtib etmək və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
• Şirkəti dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, onun hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;
• Şirkətin və onun müəssisələrinin tərəf kimi iştirak etdiyi birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələrində nümayəndə kimi iştirak etmək, məhkəmə sənədlərini (iddia ərizələri, etibarnamələr, vəsatətlər, yazılı izahatlar, apelyasiya və kassasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlamaq;
• Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görmək;
• Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması və onların dövlət qeydiyyatının həyata keçirilməsi.
• İcraatda olan məhkəmə işləri ilə bağlı hesabatlıq sisteminin təşkil edilməsi;

E-mail : [email protected]
Mövzu hissəsində " Hüquqşünas" qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.

Banner

Digər xəbərlər