“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Smetaçı-Mühəndis vakansiyasını elan edir:
Əmək haqqı: müsahibə əsnasında razılaşdırılma yolu ilə
Vəzifə öhdəlikləri:
- Maliyyə-smeta sənədlərini hazırlayır;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
- Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsini həyata keçirir;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə mühəndis-kəşfiyyat işlərini həyata keçirir.
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
- Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
Namizədə tələblər:
- Texniki sahədə ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office, AutoCAD bilikləri, ;
- İngilis, rus dillərini bilən və beynəlxalq layihələrdə iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
İş yeri:
Bakı şəhəri, Nərimanov rayonu, Akkord Plaza
İş vaxtı: I-V günlər
E-mail: [email protected]