Akabe İnşaat
İnsan Resursları üzrə Baş Mütəxəssis
Son tarix 30 yan 2026 - [email protected]
AKABE MMC “İnsan Resursları üzrə Baş Mütəxəssis” vakansiyası elan edir.
İşçiyə qoyulan tələblər:
- Təhsil: Ali;
- Müvafiq sahədə iş təcrübəsi : minimum 2 il;
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus dili arzuolunandır;
- Yaş Həddi: 25 - 45
- Operativ, məsuliyyətli və işə planlı yanaşmaq;
- Kompüter və ofis proqramlarından istifadə etmə bacarığı;
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı;
- Komandada işləmək bacarığı və istəyi;
- Gərgin iş qrafiki ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi;
- İşçilərin işə qəbulu, işdən azad edilməsi və ƏMAS-da rəsmi əməliyyatlar; İSB
- 1C proqramında işləmə bacarığı (Logo proqramını bilmək üstünlükdür)
- Rəsmi əməliyyatlara uyğun olaraq sənədlərin əmrləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- Əmək kitabçalarına qeydiyyatın aparılması;
- Kadrlara olan tələbatın təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
- İşçilərin vəzifə təlimatlarının hazırlanması;
- Bütün sənədlərin düzgün arxivləşdirilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
İş şərtləri:
- İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00, şənbə-bazar istirahət;
- Əmək haqqı 850 – 1000 AZN;
- Ünvan: Bakı şəh, Nərimanov ray, Nəcəf Nərimanov küç, 4
Maraqlananlar öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994 55 229 55 07 nömrəsinə göndərməsi xahiş olunur.











