Akabe İnşaat
Aparıcı Mühasib
Son tarix 11 may 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- 1C proqramında mühasibat uçotunun avtomatlaşdırılmasının tətbiqi;
- Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili;
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
- Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb, işlənməsi;
- Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;
- İnventarlaşdırmada iştirak edilməsi;
- Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etməsi;
- Hesabat üçün məlumatların hazırlaması, mühasibat sənədlərinin qorunmasına nəzarətin edilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilərək müvafiq Dövlət qurumlarına vaxtında təqdim edilməsi;
- Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi;
- Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks olunmasını təmin edilməsi;
- Maliyyə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Pul vəsaitlərinin hərəkəti hesabatların təqdim edilməsi
- Tapşırıqların operativ icra edilməsi
Namizədə qoyulan tələblər:
- Maliyyə və mühasibatlıq 3-5 ildən az olmayaraq iş təcrübəsinə malik olmaq;
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat);
- Microsoft Office proqramlarında (xüsusi ilə MS Excel) yüksək səviyyədə işləmə bacarığına malik olmaq;
- 1C Proqramında işləmə təcrübəsi mütləqdir;
- Yüksək analitik, idarəetmə və ünsiyyət bacarıqlarına malik olmaq;
- Yüksək korporativ ünsiyyət, komanda ilə işləmək və komanda quruculuğu bacarığına malik olmaq;
- Azərbaycan dili səlis;
- Məsuliyyət;
İş şəraiti:
- İş qrafiki: 5 günlük;
- Ünvan: Binəqədi şossesi 12
Təklif edirik:
- Müsbət iş mühiti;
- Korporativ nömrə verilir;
- Əmək haqqı 1200-1500 azn.(bilik və bacarığa görə).
Müraciət Üçün:
- CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçt adresinə göndərin. Mövzu hissəsində Aparıcı Mühasib yazmağı unutmayın.
Qeyd: Seçim prosesi yalnız uyğun namizədlərlə aparılacaq.