AgroGurama
Baş mühasib
Son tarix 23 iyn 2023 - [email protected]
İşin təsviri:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq;
 - Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək;
 - Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək;
 - İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək;
 - Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək;
 - Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək;
 - Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.
 
Tələblər:
- Cinsi: Kişi
 - Ali təhsil
 - 25-40 yaş həddi
 - Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
 - İstehsalat sahəsində baş mühasib olaraq 5 illik iş təcrübəsi;
 - MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
 - İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
 - Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
 - Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
 - İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
 - Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi.
 
İş şərtləri:
- Həftə içi 5 gün : 09:00 - 18:00-dək
 - İstirahət günləri – şənbə və bazar günləri.
 - Əmək haqqı – 1700 – 2000 AZN
 - İş yeri: Sumqayıt şəhəri
 
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Baş mühasib” qeyd edərək elektron ünvana göndərəsiniz.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







