AgroGurama
Baş mühasib (xanım)
Son tarix 23 sen 2023 - [email protected]
İş barədə məlumat:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək
- Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək
- Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir
İş şərtləri:
- Həftə içi 6 iş günü 09:00-dan - 18:00-dək
- Şənbə günü saat 10:00-dan - 15:00-dək
- İstirahət günləri - bazar günü
- Əmək haqqı : 1500- 2000 AZN
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Bakı Konqres Mərkəzinin yaxınlığı
Namizədə tələblər:
- Yalnız xanım namizəd
- Cinsi: Qadın
- Ali təhsil
- 30-50 yaş həddi
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil
- İdxal və satış sahəsində baş mühasib olaraq 5 illik iş təcrübəsi
- MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti
- Milli və beynəlxalq uçot standartları üzrə biliklər
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə rus və İngilis dili biliyi
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Baş mühasib” qeyd edərək elektron ünvanına göndərəsiniz.