AgroGurama
Baş mühasib
Son tarix 05 iyl 2023 - [email protected]
İşin təsviri:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək;
- Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək;
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək;
- Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.
Tələblər:
- Cinsi: Qadın
- Ali təhsil
- 35-55 yaş həddi
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
- İdxal və satış sahəsində baş mühasib olaraq 5 illik iş təcrübəsi;
- MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
- Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi.
İş şərtləri:
- Həftə içi 5 gün : 09:00 - 18:00-dək
- İstirahət günləri – şənbə və bazar günləri.
- Əmək haqqı – 1500 – 2000 AZN
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Baş mühasib” qeyd edərək müraicət et bölməsində qeyd olunan elektron ünvanına göndərəsiniz.