AGRO - WEST DC LLC
İnsan Resursları üzrə kiçik mütəxəssis
Son tarix 07 may 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- İşçilərin tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək;
- Tabeldə müvafiq qeydlər etmək, hər gün işçilərin işə çıxıb-çıxmaması haqqında səbəbləri qeyd etməklə hesabat tərtib etmək;
- Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş çıxış saatlarının müqayisəsini aparmaq
- İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması
- Əmək məzuniyyəti qrafikinin tərtib edilməsi
- İşçilərə bank kartlarının verilməsi və yenilənməsi
- Əmək haqqı tabelinin hazırlanması
Tələblər
- Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya digər əlaqəli sahə üzrə);
- Azərbaycan Respublikası Əmək Məcəlləsi haqqında nəzəri biliklər
- Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə xüsusilə excel)
- 1C 8.3 üzrə biliklər
- Komanda ilə işləmək və rəhbərlik bacarığı;
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün (09:00 - 18:00);
- İş yeri: Bakıxanov qəs. B.Bünyatov küç.;
- Əmək haqqı: 600-800 AZN;
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “İnsan Resursları üzrə kiçik mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.