AGRO - WEST DC LLC
Əmək Haqqı Üzrə Mühasib
Son tarix 25 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
- KPI üzrə bonusların hesablanması;
- Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanılması;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənilməsi;
- DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət portalına işlənməsi;
- Vahid rüblük hesabatın hazırlanması və təqdim olunması;
- Satış üzrə bonusların hesablanması və ödənilməsi;
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtında cavablandırılması.
Namizədə tələblər:
- Ali təhsil;
- Əməkhaqqı hesablaması (payroll) sahəsində minimum 2 il iş təcrübəsi;
- Excel proqramında yüksək səviyyədə bacarıq;
- 1C ERP proqramında (xüsusilə HR/Əmək haqqı modulu və hesabatlarla) sərbəst işləmə bacarığı;
- Riyazi hesablama aparmaq və analitik təhlil etmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün;
- İş saatları: 09:00 – 18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 1500 – 1800 AZN;
- İş yeri: Bakı şəhəri.
Müraciət qaydası:
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əmək Haqqı Üzrə Mühasib” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.