AGRO - WEST DC LLC
İşə Qəbul üzrə Aparıcı Mütəxəssis
Son tarix 28 iyn 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
- Daxil olan müraciətləri təhlil etmək;
- Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
- Uğurlu namizədlərlə bağlı referansların alınması;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
- Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
- Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak;
Tələblər:
- Təhsil: Ali təhsil
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (Retail və FMCG sahələrində çalışmış namizədlərə üstünlük veriləcəkdir);
- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Danışıqlar aparma bacarığı, səlis danışıq və qərarvermə qabiliyyəti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- İş rejimi 5 günlük;
- Nahar və telefon danışıqları şirkət tərəfindən qarşılanır.
- İş yeri: Bakıxanov qəs., B. Bünyatzadə küç.;
- Əmək haqqı: 1000 AZN (net).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İşə qəbul üzrə aparıcı mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.