AGRO-VEST RETAIL
Vergi Üzrə Mühasib
Son tarix 15 noy 2024 - [email protected]
İşçiyə qoyulan tələblər:
- Ali təhsil (maliyyə,vergi, biznesin idarə olunması sahələri üzrə);
- Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
- Vergi və Əmək qanunvericiliyi üzrə biliklər;
- 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
- Dəqiqlik, nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Alış və satış qaimələrinin 1C ilə düzgünlüyünün yoxlanması;
- Əvvəlki və cari dövrlərdə vergi uçotunda yaranan problemlərin həll edilməsi (təsdiqedici alt sənədlərin bərpası və təmin edilməsi);
- Bütün növ vergi bəyannamələrinin göndərilməsi;
- Vahid Bəyannamə hesabatının göndərilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Verginin tələbi üzrə hesabatların hazırlanması;
- Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi;
- Vergi hesabatlarının hazırlanması, vergi orqanına və rəhbərliyə təqdim edilməsi;
- Xidmət göstərən şəxslərdən vergilərin və digər məcburi ödənişlərin hesablanması;
- Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək.
İş şərtləri:
- Əmək haqqı: 1300-1500 AZN (net).
- İş qrafiki : Tam iş günü (5 gün).
- İş saatları: 09:00-18:00.
- İş yeri:Bakıxanov qəs.Bəşir Bünyadov küç.
- Nahar və korporativ nömrə ilə təmin olunur.
Maraqlananlar öz CV formalarını elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Vergi Üzrə Mühasibi” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır). Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.