AFB Bank
Mikro kreditlər üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis
Son tarix 09 may 2026 [email protected]
Müştəri Xidməti Strukturu
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı,Sumqayıt, Gəncə şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İŞİN TƏSVİRİ:
- Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi;
- Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi;
- Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
- Ümumi fəaliyyətə dair hesabatların hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Aparıcı/Baş Backend mühəndisi
Son tarix 09 may 2026 [email protected]
Rəqəmsal Bankçılıq Sahəsi
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (Bakalavr);
- Java/Spring Boot (Spring Data, Spring Security) – 2-5 il təcrübə;
- Mikroservis arxitekturası (Kubernetes, Docker) - təcrübəsi;
- SQL və NoSQL verilənlər bazaları (Oracle, PostgreSQL, MongoDB, Redis);
- Message queue sistemləri (Kafka, RabbitMQ);
- OOP, Design Patterns, SOLID prinsipləri - praktik tətbiq;
- Git ilə sərbəst işləmə (Pull Request, Code Review);
- JUnit, Mockito, integration testing;
- CI/CD pipelines (Jenkins, GitLab CI);
- Mikroservis arxitektura patternləri (API Gateway, Service Discovery, Circuit Breaker);
- Event-driven architecture və asynchronous processing;
- Distributed systems dizaynı və scalability strategiyaları;
- Clean Architecture və Domain-Driven Design (DDD);
- Performance optimization və troubleshooting;
- Legacy kod analizi və refactoring.
İŞİN TƏSVİRİ:
- Backend servislərinin inkişaf etdirilməsi və mövcud sistemlərin təkmilləşdirilməsi;
- Texniki tapşırıqların müstəqil şəkildə yerinə yetirilməsi;
- Yüksək performanslı, təhlükəsiz və ölçülənə bilən backend servislərinin inkişaf etdirilməsi;
- Arxitektura və dizayn qərarlarının verilməsi;
- Code review prosesinin aparılması və kodun keyfiyyətinin təmin edilməsi;
- Komanda üzvlərinə mentorluq etmək və texniki biliklərini inkişaf etdirmək;
- Məhsul sahibləri və QA komandası ilə sıx əməkdaşlıq;
- Mövcud sistemlərin performans, genişlənmə və etibarlılıq üçün optimallaşdırılması;
- Texniki problemlərin həlli və debugging;
- Texniki problemlərin həlli və maraqlı tərəflərlə səmərəli ünsiyyət;
- Proqram təminatlarının işləməsinə nəzarət və texniki sorğuların icrası.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Baş Backend mühəndisi” qeydi edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Hesabatlıq və MİS üzrə mütəxəssis
Son tarix 09 may 2026 [email protected]
İT departamenti
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Bank daxili hesabatlıq haqqında ilkin bilik və təcrübə olmalı;
- Müasir arxitektura yanaşmaları barədə məlumatlı olmalı;
- SQL bilikləri yaxşı səviyyədə olmalı;
- NoSQL ilə işləmə və əsas işləmə prinsipləri bilikləri (MongoDB, Redis);
- RDBMS (Oracle, MSSQL və s.) əsas işləmə prinsipləri bilikləri;
- BI-alətləri ilə tanış olmalıdır (PowerBI, Tableau, QlikView və s.);
- JIRA/MS Excel/Visio/PowerPoint bilikləri.
İŞİN TƏSVİRİ:
- Daxili Bankın hesabatlıq sisteminin (MİS və DWH) inkişafında iştirak edir;
- Məlumat strukturlarının dizaynı və inkişafında iştirak edir;
- Kənar mənbələrdən məlumatların MİS-yə ya DWH-yə yüklənməsini icra edir;
- MİS-də və DWH-də yeni modulların hazırlanmasında iştirak edir;
- Məlumat bazasından istifadə etməklə daxili tələblərə uyğun olan yeni hesabatlarını hazırlıyır və əvvəl hazırlanmış hesabatlarda menecerin təsdiqdən sonra dəyişikliklər etməlidir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hesabatlıq və MİS üzrə mütəxəssis” qeydi edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Pərakəndə kreditlər üzrə mütəxəssis/ aparıcı/ baş mütəxəssis
Son tarix 09 may 2026 [email protected]
Müştəri Xidməti Strukturu
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı , Qəbələ şəhəri
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 1 - 3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
- Bankın siyasəti çərçivəsində qeyd olunmuş kriteriyalara uyğun potensial müştərilərin müəyyənləşdirilməsi;
- Müəyyənləşdirilən müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;
- Pərakəndə kredit mütaciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komissiyasına çıxarılmasını təmin etmək;
- Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni rəsmiləşdirmək;
- Müştəri portfelinin mənfəətlilik, effektivlilik və müştəri haqqında məlumatların məxfiliyi əsasında uyğun idarəedilməsi;
- Fəaliyyəti zamanı bank və kommersiya sirrinin qorunmasını təmin edir;
- Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımi tədbirlərin alınması, kifayət etməsə problemin həlli üçün ən qısa zamanda satış rəhbərliyi ilə əlaqə saxlanılması;
- Çarpaz satış imkanlarının araşdırılması, filial içində digər satış və əməliyyat qrupu ilə birlikdə çarpaz satışlar istiqamətində koordinasiyalı olaraq fəaliyyət göstərilməsi;
- Bank sənədlərini Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək, qorumaq və rəsmiləşdirmək;
- Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq;
- Rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı/başmütəxəssis” qeydi edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.














