AFB Bank
Kredit Risklərinin anderraytinqi üzrə aparıcı mütəxəssis/baş mütəxəssis (Risklərin idarəedilməsi departamenti)
Son tarix 12 yan 2026 - [email protected]
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
- GNİ elektron bank sistemində, MS Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
- Borcalanın gəlirliliyinə və ödəniş qabiliyyətinə təsir edə biləcək faktorların təhlili üzrə biliklər, maliyyə hesabatlarını təhliletmə bacarıqları;
- Borcalanlar və sektorlar üzrə tədqiqat aparmaq qabiliyyəti.
İşin təsviri:
- Təqdim edilmiş kredit ərizələri üzrə borcalanların biznes və maliyyə təhlilini aparmaq. Kredit sifarişləri üzrə təkliflərin və düzgün strukturun verilməsini təmin etmək;
- Kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqini təmin etmək və risklərin minimallaşdırılması məqsədilə müvafiq təkliflər vermək;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
- Müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarmaq qabiliyyətini yoxlamaq, kredit risk reytinqlərini hesablamaq və müvafiq qərarı qəbul etmək;
- Hər bir kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsini həyata keçirmək;
- Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq prosedurları ilə bağlı zəruri biliklərə yiyələnmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit risklərinin anderraytinqi üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Daxili Nəzarət üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Daxili Nəzarət və Komplayens departamenti)
Son tarix 12 yan 2026 - - [email protected]
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, biznes və əlaqəli sahələr);
- Bank sektorunda müvafiq sahə üzrə minimum 2–3 il təcrübə (daxili nəzarət, risk, audit sahəsində təcrübəyə üstünlük verilir);
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
- MS Office proqramları, PL/SQL və digər analitik alətlər üzrə biliklərin olması arzuolunandır;
- Məlumatların məxfiliyinə riayət etmə bacarığı;
- Analitik düşünmə bacarığı, detallara diqqətlilik;
- Yüksək məsuliyyət, detallara diqqət və məxfi məlumatlarla işləmə etikası;
- Effektiv ünsiyyət qurma, komanda ilə əməkdaşlıq və təzyiq altında düzgün qərarvermə bacarığı.
İşin təsviri:
- Kredit, əməliyyat, depozit, kart və rəqəmsal kanallar üzrə gündəlik əməliyyatların yoxlanılması və şübhəli halların müəyyən edilməsi;
- Şübhəli əməliyyatların (C2C, AÖS, POS və s.) təhlili və zəruri hallarda aidiyyəti sahələrə məhdudiyyət tətbiqi üçün məlumat verilməsi;
- Prosedurlarda nəzərdə tutulan risk indikatorlarının tətbiqi və gündəlik monitorinqinin aparılması;
- Rəqəmsal bankçılıq üzrə (DWH, API, mobil tətbiq) əməliyyatların təhlili və risklərin müəyyən edilməsi;
- Fraud risklərinə dair analitik təhlillərin və daxili hesabatların hazırlanması;
- Audit tapıntılarının icra vəziyyətinin təqibi və hesabatlılığın təmin edilməsi;
- Gündəlik, həftəlik və aylıq DN hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Daxili nəzarət proseslərinin təkmilləşdirilməsi və nəzarət çərçivələrinin inkişafına dəstək verilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Daxili Nəzarət üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” qeydi edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Audit departamentinin şöbə müdiri (Daxili audit departamenti)
Son tarix 12 yan 2026 - [email protected]
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri
Namizədə dair tələblər:
- Ali iqtisadi, hüquqi və ya riyazi təhsil,
- Bank auditi, banklarda daxili nəzarət və risklərin idarə edilməsi sahəsində 4 illik təcrübə,
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək,
- Audit və daxili nəzarət tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar,
- Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər,
- Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər,
- Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər,
- Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən (ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı,
- Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər,
- Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması.
- MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür),
- Data analitika, Aİ üzrə bilklər (sertifikatın olması üstünlükdür),
- Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (ACCA, CPA və ya CIA kimi beynəlxalq sertifikatlara malik olmaq üstünlük sayılır)
- Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.
İşin təsviri:
- Bank üzrə illik audit planının hazırlanması ilə bağlı departament direktoruna təkliflər təqdim edir;
- Təsdiq edilmiş audit planına uyğun olaraq, bankda nəzarət və risklərin idarə edilməsi sistemlərinin auditini aparır;
- Bankın risklərin idarə edilməsi sistemini mütəmadi təhlil və təftiş edir, mövcud risklərin səviyyəsini qiymətləndirir;
- Nəzarət sistemlərinin və korporativ idarəetmə mexanizmlərinin adekvatlığını qiymətləndirir;
- Normativ-hüquqi aktların və bankdaxili prosedurların icrası vəziyyətini audit edir, onlara edilmiş dəyişikliklərin nəzarət sistemlərinə təsirini qiymətləndirir və bu barədə rəy verir;
- Xərclərin səmərəliliyini və maliyyə resurslarının idarə olunması effektivliyini qiymətləndirir;
- Audit nəticələri, verilmiş tövsiyələr və onların icra müddətləri barədə hesabatlar tərtib edir, həmçinin tövsiyələrin icrasına nəzarət edir;
- Dələduzluq və sui-istifadə hallarının aşkarlanmasında və araşdırılmasında iştirak edir;
- Aşkarlanmış qeyri-səmərəliliklər, hadisələr və işdə ləngimələr barədə, həmçinin bank üçün əhəmiyyət kəsb edən digər müşahidələr barədə departament direktorunu məlumatlandırır;
- Audit fəaliyyəti ilə bağlı qanunvericilik və beynəlxalq standartlara uyğun olaraq digər aidiyyəti vəzifələri icra edir;
- Bankın daxili qaydaları ilə məyyən edilmiş öhdəlikləri yerinə yetirir və tələblərə riayət edir;
- Departament direktorunun tapşırığı ilə ona həvalə edilən digər işləri yerinə yetirir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Audit departamentinin şöbə müdiri” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
KOB kreditləri üzrə mütəxəssis\aparıcı\ baş mütəxəssis\bölmə rəhbəri (SME)
Son tarix 12 yan 2026 - [email protected]
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri
Namizədə dair tələblər:
- Ali təhsil (iqtisadiyyat / maliyyə);
- KOB kreditləri üzrə minimum 2 il iş təcrübəsi;
- Maliyyə təhlili etmək bacarığı;
- Kredit risklərinin qiymətləndirilməsi;
- MS Office (xüsusilə Excel) proqramlarını bilmək;
- Analitik düşünmə qabiliyyəti;
- Ünsiyyət və təqdimetmə bacarığı;
- Komandada işləmək və stresə davamlılıq;
İşin təsviri:
- Bankın kredit məhsullarının təşviqatını aparmaq, müştərilərin tələb və təkliflərini dinləmək, maliyyə təhlilini aparmaq və mövcud bazar şəraitini nəzərə alaraq filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək
- Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
- Potensial müştərilərlə görüş və sahə ziyarətləri;
- KOB (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
- Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
- Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
- Fəaliyyəti ilə bağlı və rəhbərliyin tapşırığı ilə müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “KOB kreditləri üzrə mütəxəssis\aparıcı\ baş mütəxəssis\bölmə rəhbəri” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Aparıcı/Baş auditor (Daxili audit departamenti)
Son tarix 12 yan 2026 - [email protected]
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri
Namizədə dair tələblər:
- Ali iqtisadi, hüquqi və ya riyazi təhsil,
- Bank auditi, banklarda daxili nəzarət və risklərin idarə edilməsi sahəsində 2-3 illik təcrübə,
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək,
- Audit və daxili nəzarət tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar,
- Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər,
- Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər,
- Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər,
- Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən (ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı,
- Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər,
- Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması.
- MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür),
- Data analitika, Aİ üzrə bilklər (sertifikatın olması üstünlükdür),
- Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar biliklər,
- Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.
İşin təsviri:
- Audit planının hazırlanması barədə departament direktoruna təkliflər vermək;
- Audit planına uyğun olaraq bankda nəzarət, risklərin idarə edilməsi sistemlərinin və korporativ idarəetmənin auditini həyata keçirmək;
- Normativ-hüquqi aktların və bankdaxili prosedurların icrası vəziyyətini audit etmək;
- Audit nəticələri və verilmiş tövsiyələr üzrə hesabatlar tərtib etmək və onların icrasına nəzarəti təmin etmək;
- Dələduzluq və sui-istifadə hallarının aşkarlanmasında və araşdırılmasında iştirak etmək;
- Daxili Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq standartlar çərçivəsində digər vəzifələri həyata keçirmək;
- Bankın daxili qaydaları ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək və tələblərə riayət etmək və s.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş auditor” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.











