AFB Bank
Proqram təminat dəstək üzrə aparıcı/baş mütəxəssis
Son tarix 04 okt 2025 [email protected]
İT strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil (Bakalavr);
- Əlaqədar sahədə 3-4 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus, İngilis dili bilikləri;
- Proqramlaşdırma sahəsində biliklər (PL/SQL);
- Bank Əməliyyat Sistem sahəsində bilik olması;
- ERP, HRM, BPM sahəsində bilik olması;
İşin təsviri:
- Bank proqramlarına (BƏS, ERP, HRM və s.) fasiləsiz, problemsiz işləməsi üçün onlara cari xidmət göstərir.
- Bankın mövcud və yeni layihələrində (məhsul və s.) iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsində iştirak edir;
- Bankın Mobile Bankçılıq və İnternet Bankçılıq texniki dəstək göstərir;
- MKR və AKB portallara hesabatların yüklənməsi icra edir. Hesabatların vaxtında təqdim edilməsinə və düzgünlüyünə görə məsuliyyət daşıyır.
- Bank proqramlarına yeni istifadəçilərin daxil edilməsinə nəzarət edir və onların səlahiyyətlərini müəyyən edir.
- Yeni tətbiqi proqramlar və modulların analizində iştirak edir.
- Proqram təminatın və məlumat bazalarının əlagəli İT, İT təhlükəsizliyin və parol siyasətini yerinə yetirir.
- Müvafiq sahələrlə birlikdə hər bir bank məhsulu üzrə bank proqramlarından istifadə prosseslərində və test olunmasında iştirak edir.
- Daxili prosedurlara uyğun bank proqramına yeni funksiyaların əlavə edilməsində və yeni modulların yaradılmasında iştirak edir.
- Proqram təminatla əlaqəli biznes sahələrə (Baş ofis, Struktur, Filiallar və s.) texniki dəstək göstərir.
- Bank əməliyyət gününün bağlanışında icra edir;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proqram təminat dəstək üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
İnsan Resursları – Performansın idarəedilməsi üzrə aparıcı/baş mütəxəssis
Son tarix 04 okt 2025 [email protected]
İnzibati idarəetmə strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dilini bilmək üstünlükdür;
- KPI metodologiyaları (SMART, OKR, Balanced Scorecard və s.) üzrə biliklər;
- Data analitikası və hesabat hazırlamaq bacarığı (Excel-tələb, Power BI və ya digər analitik alətlər-üstünlük verilir);
- Güclü analitik və nəzarət bacarığı;
- Komandada işləmə və yüksək kommunikasiya bacarığı.
İşin təsviri:
- Bankın performans qiymətləndirmə sisteminin (KPI-lar, OKR-lər və s.) hazırlanması, tətbiqi, nəzarəti və optimallaşdırılması;
- Müxtəlif struktur bölmələrlə əməkdaşlıq edərək fərdi və təşkilati KPI-ların müəyyən edilməsi, effektivliyinin ölçülməsi və analiz edilməsi;
- Dövri qiymətləndirmələrin (rüblük, illik) təşkili, nəticələrin analiz edilməsi və hesabatların hazırlanması;
- Performans qiymətləndirməsi üzrə məlumatların toplanması, təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
- Aşağı performans göstərən işçilər üçün inkişaf planlarının hazırlanması və izlənilməsi;
- KPI-ların bonus, motivasiya və mükafatlandırma sistemləri ilə əlaqələndirilməsi;
- Performans qiymətləndirməsi ilə bağlı əməkdaşların maarifləndirilməsi və sistemə inamın artırılması üçün təlimlərin təşkili;
- Performans idarəetməsi üzrə ən yaxşı təcrübələri araşdırmaq və uyğun şəkildə şirkətə inteqrasiya etmək;
- Performans qiymətləndirmə proseslərinin daha səmərəli olması üçün müvafiq HR texnologiyalarının tətbiqi və optimallaşdırılması;
- Strateji HR qərarlarında iştirak edərək, şirkətin biznes məqsədlərinə uyğun performans idarəetmə modelinin inkişaf etdirilmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Performansın idarəedilməsi üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Aparıcı/Baş auditor
Son tarix 04 okt 2025 [email protected]
Daxili audit strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali iqtisadi və ya riyazi təhsil,
- Bank auditi sahəsində 2-3 illik təcrübə,
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək,
- Audit tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar,
- Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər,
- Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər,
- Maliyyə hesabatları üzrə təhlil etmə bacarığı, mühasibat yazılışları haqqında bilklər,
- MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür),
- Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar biliklər,
- Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.
İşin təsviri:
- Beynəlxalq Daxili Audit standartları, Daxili Audit etikası ( Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar bilikər,
- Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri ( Məs, COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar bilikər,
- Audit tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar,
- Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər,
- Bank qanunvericiiyi və digər qanunvericilik aktları üzrə biliklər,
- Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər,
- Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən )ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı,
- Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər,
- Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş auditor” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.