AFB Bank
Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Bakı filialları)
Son tarix 19 mar 2025 - [email protected]
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi;
- Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi;
- Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
- Ümumi fəaliyyətə dair hesabatların hazırlanması.
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Bakı filialları)” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Bakı filialları)
Son tarix 19 mar 2025 - [email protected]
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
İşin təsviri:
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
- Verilmiş kreditlərin monitorinqinin aparılması.
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Bakı filialları)” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Bakı filialları)
Son tarix 19 mar 2025 [email protected]
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Bank qanunvericiliyi bilikləri;
- Müştəri bazasını idarəetmə bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Korporativ, KOS (SME) və Mikro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Kredit sifarişləri üzrə müştəri analizinin aparılması məqsədi ilə birbaşa biznes sahəsinə baxış keçirilməsi və yerində məlumatların əldə edilməsi;
- Bankdaxili qayda və prasedurlara uyğun olaraq müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni satış metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Məhsullar, xidmətlər, onların şərtləri və tarifləri, satış standartları ilə bağlı əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyyə xarakterli məlumatlarla işləmək və bankın kredit məhsullarının satışıında birbaşa iştirak etmək;
- Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının həyata keçirilməsində aktiv iştirak etmək;
- Dövrü hesabatların hazırlanması və təhlili;
- Mövcud və yeni yaradılmış bank məhsulları barədə müxtəlif kommunikasiya kanalları vasitəsilə potensial müştərilərə məlumatın çatdırılmasında iştirak etmək;
- Ümumi Bank üzrə formalaşmış kredit portfelinin cari vəziyyətinə nəzarət olunmasında birbaşa iştirak etmək;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Bakı filialları)” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
İnsan Resursları – Performansın qiymətləndirilməsi üzrə baş mütəxəssis
Son tarix 19 mar 2025 [email protected]
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi (Bank sahəsində təcrübə üstünlükdür);
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dilini bilmək üstünlükdür;
- KPI metodologiyaları (SMART, OKR, Balanced Scorecard və s.) üzrə biliklər;
- Data analitikası və hesabat hazırlamaq bacarığı (Excel-tələb, Power BI və ya digər analitik alətlər-üstünlük verilir);
- Güclü analitik və nəzarət bacarığı;
- Komandada işləmə və yüksək kommunikasiya bacarığı.
İşin təsviri:
- Bankın performans qiymətləndirmə sisteminin (KPI-lar, OKR-lər və s.) hazırlanması, tətbiqi, nəzarəti və optimallaşdırılması;
- Müxtəlif struktur bölmələrlə əməkdaşlıq edərək fərdi və təşkilati KPI-ların müəyyən edilməsi, effektivliyinin ölçülməsi və analiz edilməsi;
- Dövri qiymətləndirmələrin (rüblük, illik) təşkili, nəticələrin analiz edilməsi və hesabatların hazırlanması;
- Performans qiymətləndirməsi üzrə məlumatların toplanması, təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
- Aşağı performans göstərən işçilər üçün inkişaf planlarının hazırlanması və izlənilməsi;
- KPI-ların bonus, motivasiya və mükafatlandırma sistemləri ilə əlaqələndirilməsi;
- Performans qiymətləndirməsi ilə bağlı əməkdaşların maarifləndirilməsi və sistemə inamın artırılması üçün təlimlərin təşkili;
- Performans idarəetməsi üzrə ən yaxşı təcrübələri araşdırmaq və uyğun şəkildə şirkətə inteqrasiya etmək;
- Performans qiymətləndirmə proseslərinin daha səmərəli olması üçün müvafiq HR texnologiyalarının tətbiqi və optimallaşdırılması;
- Strateji HR qərarlarında iştirak edərək, şirkətin biznes məqsədlərinə uyğun performans idarəetmə modelinin inkişaf etdirilmək.
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Performansın qiymətləndirilməsi üzrə baş mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.