AFB Bank
Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
Son tarix 01 mar 2025 - [email protected]
İş barədə məlumat:
- Risklərin idarə edilməsi strukturu
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
- Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlülük;
- MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İşin təsviri:
- Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
- Əməliyyat risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə mövcud metodolgiyanın tətbiqi və inkişaf etdirilməsi;
- Əməliyyat risklərinin idarə olunması prosesində risklərin azaldılması, ötürülməsi və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
- Yeni xidmət və məhsullar, qayda və prosedurlar, biznes proseslər üzrə risk əsaslı rəylərin verilməsində iştirak;
- İnsidentlərin bazasının, eləcə də itki məlumat bazasının təkmilləşdirilməsi və tətbiqinin təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi üzrə əsas risk indikatorlarına (KRİ) dair məlumatların toplanaraq təhlil olunması və müvafiq forma üzrə hesabatlığın təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi üçün Daxili audit yoxlamalarının nəticələrinin, Daxili nəzarət hesbatlarının və digər məlumatların araşdırılmasında iştirak etmək;
- RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesinin qrulmasına dəstək olmaq;
- Risk sorğularının təşkili və risk xəritəsinin təkmilləşdirilməsinə dəstək olmaq;
- Risk iştahının hazırlanmasında iştirak etmək;
- Fövqəladə hallar planının hazırlanmasında iştirak etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qəbələ filialı)
Son tarix 01 mar 2025 [email protected]
İş barədə məlumat:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Qəbələ şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi;
- Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi;
- Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
- Ümumi fəaliyyətə dair hesabatların hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qəbələ)” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Kassir (Sumqayıt)
Son tarix 01 mar 2025 [email protected]
İş şəraiti:
- İş qrafiki: 09:00 - 17:00 (Bazar ertəsi – Şənbə)
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- İntensiv rejimdə işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İşin təsviri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərə çek kitabçalarını vermək;
- Filialda nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir (Sumqayıt)” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Müştəri Xidmətləri üzrə aparıcı/baş əməliyyatçı
Son tarix 01 mar 2025 [email protected]
İş barədə məlumat:
- Müştəri Xidmətləri Strukturu
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı ,ingilis dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət bacarıqları;
- Komandada işləmək bacarığı.
İşin təsviri:
- Müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi və satışının həyata keçirilməsi;
- Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bank hesablarının açılması, bu hesablar üzrə əməliyyatların həyata keçirilməsi;
- Korporativ müştərilərə bankın bütün məhsul və xidmətləri haqqında dolğun məlumat verilməsi;
- Bankın siyasəti çərçivəsində qeyd olunmuş kriteriyalara uyğun potensial müştərilərin müəyyənləşdirilməsi;
- Korporativ müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;
- Müştərilər üçün müvafiq qaydada ödəniş tapşırıqlarının tərtib edilməsi,
- Korporativ əməliyyatların icrasının təmin edilməsi;
- Avans və ya əvvəlcədən ödənilmiş ödənişlər, konsiqnasiya əməliyyatlarının və s. portala işlənməsi;
- Filial daxilində aparılmış əməliyyətlara nəzarət edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı / Baş Əməliyyatçı” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qəbələ filialı)
Son tarix 01 mar 2025 [email protected]
İş barədə məlumat:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Qəbələ şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
İşin təsviri:
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
- Verilmiş kreditlərin monitorinqinin aparılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qəbələ)” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.

Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qəbələ filialı)
Son tarix 01 mar 2025 [email protected]
İş barədə məlumat:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Qəbələ şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
- Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
- Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
- Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
- Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qəbələ)” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.