AFB Bank
Əməliyyatçı
Son tarix 01 noy 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı ,ingilis dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət bacarıqları;
- Komandada işləmək bacarığı.
İşin təsviri:
- Müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi və satışının həyata keçirilməsi;
- Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bank hesablarının açılması, bu hesablar üzrə əməliyyatların həyata keçirilməsi;
- Müxtəlif xidmət sahələri (əmanət, bank kartları, qiymətli metallar, pul köçürmələri və bank seyfi ilə bağlı əməliyyatlar) üzrə müştərilərin müraciətlərini qəbul etmək və müvafiq əməliyyatları həyata keçirmək;
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərilməsi;
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərin hesabları üzrə tələb etdikləri məlumat və sənədləri hazırlayıb təqdim etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatçı” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik
Hesabatlılıq və MİS üzrə mütəxəssis
Son tarix 01 noy 2024 - [email protected]
Struktur: IT strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 6 ay - 1 il iş təcrübəsi;
- Bank daxili hesabatlıq haqqında ilkin bilik və təcrübə olmalı;
- Müasir arxitektura yanaşmaları barədə məlumatlı olmalı;
- SQL bilikləri yaxşı səviyyədə olmalı;
- NoSQL ilə işləmə və əsas işləmə prinsipləri bilikləri (MongoDB, Redis);
- RDBMS (Oracle, MSSQL və s.) əsas işləmə prinsipləri bilikləri;
- BI-alətləri ilə tanış olmalıdır (PowerBI, Tableau, QlikView və s.);
- JIRA/MS Excel/Visio/PowerPoint bilikləri.
İşin təsviri:
- Daxili Bankın hesabatlıq sisteminin (MİS və DWH) inkişafında iştirak edir;
- Məlumat strukturlarının dizaynı və inkişafında iştirak edir;
- Kənar mənbələrdən məlumatların MİS-yə ya DWH-yə yüklənməsini icra edir;
- MİS-də və DWH-də yeni modulların hazırlanmasında iştirak edir;
- Məlumat bazasından istifadə etməklə daxili tələblərə uyğun olan yeni hesabatlarını hazırlıyır və əvvəl hazırlanmış hesabatlarda menecerin təsdiqdən sonra dəyişikliklər etməlidir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hesabatlılıq və MİS üzrə mütəxəssis” qeyd edərək elektron ünvanımıza göndərməyini xahiş edirik
Komplayns üzrə kiçik mütəxəssis
Son tarix 01 noy 2024 - [email protected]
Struktur: Daxili nəzarət və komplayns strukturu
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya Hüquq üzrə);
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
- MS Office proqramları üzrə (xüsusilə, MS Excel) yüksək səviyyəli praktiki bacarıqlar;
- Ünsiyyət qurmaq qabiliyyəti, təşəbbüskarlıq və innovasiyalara açıqlıq;
- Məsuliyyətlilik, dəqiqlik, gərgin iş rejimində işləmək bacarığı..
İşin təsviri:
- Şübhəli əməliyyatlar barədə maliyyə monitorinq orqanına hesabat və məlumatların hazırlanması;
- Müştəri profil məlumatlarının düzgünlüyünə nəzarət;
- Qeyri-adi və şübhəli əməliyyatların aşkarlanması üçün əməliyyatların təhlili;
- Maliyyə Monitorinq Xidmətindən daxil olan sorğuların cavablandırılması;
- Müştərilərin risk kateqoriyasına uyğun olaraq onların profil məlumatlarının yenilənməsi;
- Müştərilərin və əməliyyatın tərəflərinin sanksiya tətbiq olunan şəxslər üzrə yoxlanılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Komplayns üzrə kiçik mütəxəssis” qeydi edərək elektron ünvana göndərməyini xahiş edirik.