AFB Bank
Kassir (Bakı filialları)
Son tarix 23 mar 2024 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- İntensiv rejimdə işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İşin təsviri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərə çek kitabçalarını vermək;
- Filialda nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Əməliyyatçı (Bakı filialları)
Son tarix 23 mar 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı ,ingilis dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət bacarıqları;
- Komandada işləmək bacarığı.
İşin təsviri:
- Müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi və satışının həyata keçirilməsi;
- Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bank hesablarının açılması, bu hesablar üzrə əməliyyatların həyata keçirilməsi;
- Müxtəlif xidmət sahələri (əmanət, bank kartları, qiymətli metallar, pul köçürmələri və bank seyfi ilə bağlı əməliyyatlar) üzrə müştərilərin müraciətlərini qəbul etmək və müvafiq əməliyyatları həyata keçirmək;
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərilməsi;
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərin hesabları üzrə tələb etdikləri məlumat və sənədləri hazırlayıb təqdim etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatçı (Bakı filialları)” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
İT Strukturu Şəbəkənin idarə edilməsi üzrə Mütəxəssis
Son tarix 23 mar 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə İngilis dili bilikləri;
- L2/L3 - LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında biliklər və iş təcrübəsi;
- NGFW-lar (Palo Alto, FortiGate) haqqında biliklər və iş təcrübəsi,
- İP Telefoniya bacarıqları (Asterisk FreePBX və voip texnologiyaları),
- IPSec / VPN texnologiyaları (site-to-site vpn / remote access vpn) haqqında biliklər,
- Tacacs, RADİUS, ISE avtorizasiya sistemlərinin tətbiqi ilə bağlı iş təcrübəsi.
İşin təsviri:
- Bankın şəbəkəsinin idarə olunmasını, təkmiləşdirmə işlərini və dəstəyini təmin edir;
- Server avadanlıqları, sistemləri və şəbəkə avadanlıqları (router, switch və s.), təhlükəsizlik avadanlıqları (firewall və s.) quraşdırır və konfiqurasiya edir;
- Server avadanlıqları, şəbəkə və sistemlərdə olan təhlükəsizlik qüsurlarını aradan qaldırır;
- Bankın korporativ İP telefoniya (VoİP) idarə edir, təkmiləşdirir və dəstəyini təmin edir;
- Bankda bütün istifadə olunan İT platformalara əməliyyatları üçün 24/7 iştəməyi təmin etmək;
- Bankın korporativ şəbəkəyə aid İnformasiya təhlükəsizliyinin müraciətlərin uçotunu, bütün nasazlıqların ilkin təhlilini aparmaq və nəticələrinin daha dərindən təhlil edilməsi üçün İT rəhbərliyinə çatdırılmasını təmin edir.
- Bankda şəbəkədə təhlükəsizlik xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin edir.
- Bankda mövcud sistemlər üzrə təhlükəsizlik avadanlıqlarının daima işlək vəziyyətdə olmasını, onlara texniki xidmət göstərilməsini təmin edir.
- Şəbəkə avadanlığı və informasiya təhlükəsizliyi avadanlıqlarında yeniləmələrin (updates, patches və s.) quraşdırır;
- Şəbəkə performansına (availability, utilization, throughput, goodput, and latency) proaktiv nəzarət edir və zəif cəhətləri yoxlayır;
- İT və Rəqəmsal sahəyə aid layihələrdə işçi qruplarda iştirak edir;
- İT və İnformasiya təhlükəsizliyinin təlimatlara, siyasətlərə, prosedurla və qaydalarına əməl edir;
- Şəbəkə və ona dair sistemlərivə proqramlarını İT və İnformasiya təhlükəsizlik təlimatlara, siyasətlərə, prosedur və qaydalarına uyğun olaraq informasiya təhlükəsizliyini həyata keçirir və əməl edir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Şəbəkənin idarə edilməsi üzrə mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.