AFB Bank
Komplayns üzrə kiçik mütəxəssis
Son tarix 06 may 2023 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Biznesin idarə edilməsi üzrə);
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
- MS Office proqramları üzrə (xüsusilə, MS Excel) yüksək səviyyəli praktiki bacarıqlar;
- Ünsiyyət qurmaq qabiliyyəti, təşəbbüskarlıq və innovasiyalara açıqlıq;
- Məsuliyyətlilik, dəqiqlik, gərgin iş rejimində işləmək bacarığı.
İşin təsviri:
- Şübhəli əməliyyatlar barədə maliyyə monitorinq orqanına hesabat və məlumatların hazırlanması;
- Müştəri profil məlumatlarının düzgünlüyünə nəzarət;
- Qeyri-adi və şübhəli əməliyyatların aşkarlanması üçün əməliyyatların təhlili;
- Maliyyə Monitorinq Xidmətindən daxil olan sorğuların cavablandırılması;
- Müştərilərin risk kateqoriyasına uyğun olaraq onların profil məlumatlarının yenilənməsi;
- Müştərilərin və əməliyyatın tərəflərinin sanksiya tətbiq olunan şəxslər üzrə yoxlanılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Komplayns üzrə kiçik mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Təminat-təchizat (Satınalma) üzrə aparıcı/baş mütəxəssis
Son tarix 06 may 2023 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Sahə üzrə 2 il iş təcrübəsi;
- MS ofis proqramlarından istifadə bacarığı;
- İntizamlılıq, dəqiqlik, komandada işləmə bacarığı;
- Verilmiş tapşırıqları vaxtında və tam yerinə yetirmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət etmək.
İşin təsviri:
- Bankın baş ofis və filiallarının ofis şəraitinin yaxşılaşdırılmasının təşkil edilməsi;
- Bankın tələbatına uyğun mal və xidmətlərin satın alınması prosesinin təşkili;
- Satın alınan mal və xidmətlərlə bağlı bazar araşdırılmasının təşkili;
- Satınalma ilə bağlı tenderlərin təşkili və nəzarəti;
- Baş ofis və filiallarda olan əşyaların daşınmasını, otaqlara yığılmasını və s. yerdəyişmə işlərinin təşkil edilməsi;
- Bankın baş ofis və filallarda olan havalandırma, su təchizatı, istilik sistemlərini nəzarətdə saxlamaq, təmirə ehtiyac olduğu halda onların təmir işlərini təşkil etmək, baş ofisdə olan qazanxana, havalandırma mərkəzləri, elektrik otaqları və su sistemlərinə daimi nəzarət edilməsi;
- Filalların bütün xırda təmir tikinti və bərpa işlərinin təşkil edilməsi;
- Fövqəl vəziyyət zamanı yaranmış problemlərin həll edilməsi, su basma, kanalizasiya, yanğın və s. hadisələrin qarşısının alınması tədbirlərin hazırlanması;
- Baş ofis və filiallarda olan generator sistemlərinin servis cədvəllərinə nəzarət edilməsi və daimi işlək vəziyyətdə olmasına nəzarət edilməsi;
- Baş ofisin aylıq kommunal ödənişlərinə nəzarətin edilməsi, bu sahədə aidiyyatı dövlət orqanları ilə sənədləşmə işlərinin həll edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Təminat-təchizat (Satınalma) üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.