Korporativ kreditlər üzrə aparıcı mütəxəssis (Qəbələ)
Son tarix 07 fev 2022 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
-
Ali təhsil;
-
Bank və ya bank olmayan kredit təşkilatında 2 il iş təcrübəsi;
-
Bank qanunvericiliyi bilikləri;
-
Azərbaycan dilində sərbəst danışıq bacarığı;
-
Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
-
MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
-
Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
-
Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
-
Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
-
Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
-
Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
-
Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
-
Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
-
Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
-
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə aparıcı mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Çağrı mərkəzi üzrə mütəxəssis
Son tarix 07 fev 2022 - [email protected]
Namizədə dair tələblər:
-
Ali təhsil;
-
Bank sahəsində minimum 1 il iş təcrübəsi;
-
Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;
-
Ünsiyyət və komandada işləmək bacarığı;
-
MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
-
Məsuliyyətlilik, dəqiqlik və operativlik;
-
Problem həll etmə bacarığı.
İşin təsviri:
-
Çağrı mərkəzinə daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
-
Müştərilərin bank, bank məhsulları, xidmətləri və əməliyyatları üzrə yaranan suallarını operativ, düzgün və səlis şəkildə cavablandırılması;
-
Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
-
Çağrı Mərkəzinə email vasitəsilə daxil olan ərizə və ya şikayətlərin araşdırılması, aidiyyatı şöbəyə yönləndirilməsi və nəticə barədə müştərinin məlumatlandırılması;
-
Sosial şəbəkələrdə rəylərin və ismarıcların cavablandırılması;
-
Müştərilərin hesabları ilə bağlı müxtəlif əməliyyatların icra edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Çağrı mərkəzi üzrə mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.