Təcrübə proqramı
Son tarix 06 fev 2022 - [email protected]
Proqramın məqsədi - Bankda, xüsusən də müştəri xidmətləri sahəsində peşəkar kadrların yetişdirilməsi, bilikli, bacarıqlı və şəxsi qabiliyyətləri ilə seçilən təcrübəçilər arasından potensial işçilərin seçilməsi, işə qəbulu və inkişafının təmin etməkdir.
Proqramın faydaları:
-
İşləyərək öyrənmək imkanı
-
Real iş mühiti ilə tanışlıq
-
Gələcəkdə Bankda karyera qurmaq imkanı
-
Təcrübə proqramında iştiraka dair Sertifikat
-
Güclü komandada işləmək
Təcrübə müddəti - 90 günədək
Təcrübə vaxtı - həftədə 5 gün olmaqla tam iş günü (istisna sonuncu kurs tələbələri)
Proqrama kimlər qatıla bilər:
-
Universitetin sonuncu kurs tələbələri;
-
Magistratura pilləsi üzrə təhsil alanlar və məzunlar (İqtisadiyyat, Maliyyə, Riyaziyyat və dəqiq və texniki elmlər üzrə);
-
Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.
Proqramda iştirak etmək istəyən şəxslər aşağıdakı baza bilik və bacarıqlara sahib olmalıdır:
-
MS Office proqramları ilə işləmək bacarığı;
-
Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus və ingilis dili arzu olunandır);
-
Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olmaq (xüsusilə, müştəri xidməti sahəsində təcrübə keçmək istəyənlər)
Proqramda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri Banka təqdim etməlidir:
-
Şəxsiyyət vəsiqəsi;
-
Sağlamlıq haqqında arayış;
-
Tələbələr üçün universitetdən arayış (müraciət) və təcrübə keçmək üçün icazə kağızı;
-
Məzunlar üçün diplonun surəti və ya universiteti bitirdiyinə dair arayış
Mərhələlər:
-
Namizədlər ilkin olaraq test imtahanına (İQ və/və ya psixoloji testlərə) cəlb edilir
-
Növbəti mərhələdə təcrübəçilər Panel müsahibəyə dəvət edilir;
-
Mərhələləri uğurla keçmiş namizədlər Proqrama qatılırlar;
-
Təcrübəni uğurla başa vuranlara Bank tərəfindən xüsusi Sertifikat və Müsbət xasiyyətnamə verilir
-
Təcrübə müddətindən sonra təcrübəçilər Bankın işçi ehtiyacı çərvivəsində işə götürülə və ya ehtiyat kadr bazasına daxil edilə bilər.
-
Təcrübə müddətindən sonra işə qəbul edilən şəxslər vəzifənin minimum pilləsinə təyin edilirlər.
İnsan Resursları üzrə təcrübə proqramı
Son tarix 06 fev 2022 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
-
Ali təhsil;
-
Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili və İngilis dili bilikləri arzu olunandır;
-
Təşəbbüskarlıq, ünsiyyət və komandada işləmək bacarığı;
-
Məsuliyyətlilik, dəqiqlik və etibarlılıq.
İşin təsviri:
-
Yeni işə qəbul olunan əməkdaşların şəxsi işlərinin formalaşdırılması;
-
Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət;
-
İş elanlarının hazırlanması, müsahibələrin təşkil olunması, namizədlərin qəbulu.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə təcrübəçi” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.