Qeydiyyatçı
Son tarix 12 dek 2021
Namizədə dair tələblər:
-
Ali və ya orta ixtisas təhsili;
-
Müvafiq sahədə 1 il iş təcrübəsi;
-
Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq bacarığı;
-
Yüksək səviyyədə ünsiyyət bacarığı;
-
MS Office (MS Word, MS Excel) proqramlarında işləmək bacarığı.
-
Məsuliyyətlilik və inzitamlılıq.
İşin təsviri:
-
Telefon zənglərinin, sorğuların və müraciətlərin cavablandırılması;
-
Müştərilərin sorğularına əsasən müvafiq sahələr üzrə yönləndirilməsi, ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi;
-
Banka gələn sənədlərin qəbul edilməsi və yönləndirilməsi;
-
Sorğuların və müraciətlərin müvafiq şəkildə idarə edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qeydiyyatçı” qeydi edərək göndərməyini xahiş edirik.
Korporativ kreditlər üzrə baş mütəxəssis (Sumqayıt)
Son tarix 12 dek 2021
Namizədə dair tələblər:
-
Ali təhsil;
-
Bank və ya bank olmayan kredit təşkilatında 3 il iş təcrübəsi;
-
Bank qanunvericiliyi bilikləri;
-
Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili bilikləri arzu olunandır;
-
Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
-
MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
-
Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
-
Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
-
Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
-
Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
-
Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
-
Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
-
Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
-
Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
-
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə baş mütəxəssis” qeydi edərək göndərməyini xahiş edirik.