AFB Bank
İnsan Resursları - Təlim və inkişaf üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 14 may 2025 - [email protected]
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dilini bilmək üstünlükdür;
- Təlim və inkişaf sahəsi haqqında biliklər;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
- Komandada işləmək və fəal ünsiyyət qurmaq bacarığı;
- Təşəbbüskar, diqqətli və məsuliyyətli olmaq.
İŞİN TƏSVİRİ:
- Bankın təlim və inkişaf siyasətinə riayət olunmasını təmin edir;
- Təlim sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsini icra edir;
- Təlimlərin illik planının tərtib edilməsi işini həyata keçirir;
- Bankda adaptasiya sisteminin tətbiqinə dəstək verir və işə yeni qəbul olunmuş işçilərin adaptasiyasını həyata keçirir;
- Əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması və təlimləndirilməsi işini təşkilində edir;
- Bankın daxili təlimçilər komandasının formalaşdırılması və sistemli olaraq daxili təlimlərin həyata keçirilməsi işinin təşkilində iştirak edir.
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Təlim və inkişaf üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis” qeydi edərək Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.