AFB Bank
Qeyri-kredit üzrə mütəxəssis
Son tarix 07 iyl 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda 1 il iş təcrübəsi;
- Azərbaycan dili mükəmməl, Rus və İngilis dili bilikləri arzuolunandır;
- MS Office proqramlarında (xüsusilə MS Excel) işləmək bacarığı;
- Analitik düşüncə tərzi;
- Planlaşdırma və komandada işləmək bacarığı.
İşin təsviri:
- Qeyri-kredit məhsullarının inkişafı, satışı və iş prosesinin təşkili üzrə aidiyyatı struktur bölmələrlə əlaqələrin qurulması;
- Satışın artırılmasına dair təkliflərin hazırlanması;
- Qeyri-kredit məhsulların satışının artırılmasına dair marketinq proqramlarının/aksiyalarının keçirilməsi ilə bağlı təkliflərin hazırlanması və onların işlənməsində iştirak;
- Yeni qeyri-kredit məhsullarının təqdimatı üçün cəlb edilən əməkdaşların hazırlanmasına dair tədbirlərin keçirilməsi;
- Bankın digər struktur bölmələrindən sahə üzrə daxil olmuş sorğuların cavablandırılması və s.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qeyri-kredit üzrə mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Təcrübə proqramı
Son tarix 07 iyl 2024 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
“AFB BANK” ASC təcrübə proqramına start verir!
Layihə Cəmiyyətimizin gələcəyi olan savadlı və özünə güvənən gəncləri, Azərbaycanda və xarici ölkələrdə təhsil alan tələbələri “AFB Bank”-da dəyərləndirmək, potensiallı gənclərin komandamıza qatılmasına nail olmaq məqsədi daşıyır.
Layihə çərçivəsində 3 ay müddətində təcrübəçilər Bankın fərqli, əsasən də müştəri xidməti strukturlarında təcrübə keçəcək, təcrübə müddətini uğurla başa vuran gənclərin hər birinə Bank tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə təqdim ediləcəkdir.
Qeyd edək ki, Təcrübə proqramının sonunda yaxşı nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.
Təcrübə proqramına kimlər müraciət edə bilər?
- Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
- Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.
Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.
- Ali təhsil;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti;
- Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olma.
Təcrübəçilərə Bankda nəzəri təlimlər keçiriləcək, müxtəlif istiqamətlər üzrə məlumat veriləcək və gündəlik iş prosesində onların iştirakı təmin ediləcəkdir.
Siz də bizim komandaya qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə CV-lərinizin mövzu sətrində “Təcrübəçi” qeydi edərək elektron ünvanına göndərə bilərsiniz.
Mikro kreditlər üzrə mütəxəssis (Sumqayıt)
Son tarix 07 iyl 2024 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Sumqayıt şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi;
- Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi;
- Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
- Ümumi fəaliyyətə dair hesabatların hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis (Sumqayıt filialı)” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Məlumat Mərkəzi üzrə Mütəxəssis
Son tarix 07 iyl 2024 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq, İngilis dili biliyi arzu olunandır;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Problem həll etmə bacarığı.
İşin təsviri:
- Məlumat Mərkəzinə daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
- Müştərilərin bank, bank məhsulları, xidmətləri və əməliyyatları üzrə yaranan suallarını operativ, düzgün və səlis şəkildə cavablandırılması;
- Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
- Məlumat Mərkəzinə e-mail vasitəsilə daxil olan ərizə və ya şikayətlərin araşdırılması, aidiyyatı şöbəyə yönləndirilməsi və nəticə barədə müştərinin məlumatlandırılması;
- Sosial şəbəkələrdə rəylərin və ismarıcların cavablandırılması;
- Müştərilərin hesabları ilə bağlı müxtəlif əməliyyatların icra edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məlumat Mərkəzi üzrə mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Korporativ kreditlər üzrə aparıcı mütəxəssis/baş mütəxəssis
Son tarix 07 iyl 2024 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Bank qanunvericiliyi bilikləri;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
- Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
- Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
- Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
- Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
- Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə aparıcı mütəxəssis/baş mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
IOS Developer
Son tarix 07 iyl 2024 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- IOS proqramlaşdırma üzrə iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus, İngilis dili bilikləri;
- Swift üzrə dərin biliklər;
- IOS Framework-un (Core Data və Core Animation) bilikləri;
- Cocoa Touch ilə işləyə bilmək;
- GİT ilə geniş təcrübə.
İşin təsviri:
- Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
- Apple’ın IOS platforması üçün yeni tətbiqi mobil proqramlar, modulların işlənib hazırlaması;
- Texniki xüsusiyyətlərə uyğun proqramın (application) keyfiyyəti və performansının təmin edilməsi;
- IOS proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi;
- Swift üzrə dərin biliklərə sahib olmaq;
- IOS Framework-un (Core Data və Core Animation) dərin bilik və təcrübə olması;
- Fərqli design pattern-lərdən istifadə üzrə praktiki təcrübə;
- Unit və UI testlərin yazılmasında təcrübə;
- IOS-da multithreading ilə praktiki təcrübə, thread-lər ilə rahat işləmək bacarığı;
- REST API və JSON struktur ilə iş təcrübəsi;
- Cocoa Touch ilə işləyə bilmək;
- GİT ilə geniş təcrübə;
- Apple Human interface guidelines haqqında məlumatlı olmaq;
- OOP prinsiplərini dərindən bilmək;
- Tapşırığın vaxtında və düzgün həlli üçün analitik yanaşma bacarığı.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “IOS Developer” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Əməliyyat riskləri üzrə baş mütəxəssis
Son tarix 07 iyl 2024 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
- Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlülük;
- MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İşin təsviri:
- Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
- Əməliyyat risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə mövcud metodolgiyanın tətbiqi və inkişaf etdirilməsi;
- Əməliyyat risklərinin idarə olunması prosesində risklərin azaldılması, ötürülməsi və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
- Yeni xidmət və məhsullar, qayda və prosedurlar, biznes proseslər üzrə risk əsaslı rəylərin verilməsində iştirak;
- İnsidentlərin bazasının, eləcə də itki məlumat bazasının təkmilləşdirilməsi və tətbiqinin təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi üzrə əsas risk indikatorlarına (KRİ) dair məlumatların toplanaraq təhlil olunması və müvafiq forma üzrə hesabatlığın təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi üçün Daxili audit yoxlamalarının nəticələrinin, Daxili nəzarət hesbatlarının və digər məlumatların araşdırılmasında iştirak etmək;
- RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesinin qrulmasına dəstək olmaq;
- Risk sorğularının təşkili və risk xəritəsinin təkmilləşdirilməsinə dəstək olmaq;
- Risk iştahının hazırlanmasında iştirak etmək;
- Fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat riskləri üzrə baş mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.