AFB Bank
İnsan resursları üzrə aparıcı/baş mütəxəssis
Son tarix 19 mar 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Sahə üzrə 2 il iş təcrübəsi (Bank sahəsində təcrübə üstünlükdür);
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dilini bilmək üstünlükdür;
- İşəqəbul və müsahibə texnikaları üzrə yüksək səviyyədə bilik və təcrübə;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
- Komandada işləmək və fəal ünsiyyət qurmaq bacarığı;
- Təşəbbüskar, diqqətli və məsuliyyətli olmaq.
İşin təsviri:
- Bankın illik və rüblük işəgötürmə planının hazırlanmasında iştirak edir və planın həyata keçirilməsinə nəzarət edir;
- Yeni işçilərin qəbuluna aidiyyatı olan struktur bölmələri işə yeni qəbul olunmuş işçi haqda məlumatlandırır;
- Açıq vakansiyalar haqqında məlumatın bankın saytında və müxtəlif internet saytlarında yerləşdirilməsini və onlarla ilkin müqavilələrin hazırlanmasını təmin edir;
- Müxtəlif dövlət və özəl qurumlar tərəfindən keçirilən əmək sərgilərində bankı təmsil edir və namizədlərə bank, bankın təqdim etdiyi vakant yerlər haqqında məlumat verir;
- CV bazasının yaradılmasını, açıq vakansiyalara uyğun CV-lərin seçilməsini təmin edir;
- Rüb ərzində aparılmış seçimlərin analizini həyata keçirir və seçim prosesini təkmilləşdirəcək təkliflərlə çıxış edir;
- Perspektiv işçi seçimi məqsədilə Universitetlərlə əməkdaşlıq proqramlarını koordinasiya edir, proqram çərçivəsində hazırlanmış fəaliyyət planının həyata keçirilməsini təmin edir;
- Bankı korporativ tədbirlərinin keçirilməsində iştirak edir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.