AFB Bank
Kreditlərin təhlili üzrə baş mütəxəssis
Son tarix 28 dek 2023 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Biznes kreditlərinin təhlili və ya oxşar sahə üzrə minimum 3 il iş təcrübəsi;
- GNİ elektron bank sistemində, MS Office proqramlarında (xüsusulə MS Excel) sərbəst işləmək bacarığı;
- Borcalanın gəlirliliyinə və ödəniş qabiliyyətinə təsir edə biləcək faktorların təhlili üzrə biliklər;
- Maliyyə hesabatlarını təhlil etmə bacarıqları.
İşin təsviri:
- Müəyyən olunmuş limitdən yuxarı biznes kreditləri üzrə bizneslərə və onların girovlarına yerində baxışda iştirak edir;
- Biznes, mikro və istehlak üzrə kreditlərin qiymətləndirilməsini həyata keçirir və rəy verir;
- Ehtiyac olduğu halda, filial və kreditləşmə ilə əlaqəli Bankın digər əməkdaşlarına, kredit təhlili ilə bağlı təlimlər keçir;
- Müəyyən olunmuş limitdən yuxarı biznes kredit sifarişlərinin qiymətləndirilməsinə yenidən baxır və sənədləri yuxarı instansiya qərar qəbul edən orqan üçün hazırlayır;
- Girov əmlakları bazarını daima araşdırır və menecerə məlumatlar hazırlayır;
- Bankın müştərilərinin akkreditivlər və qarantiyalar üzrə sifarişlərini qiymətləndirir və rəy verir;
- Ehtiyac olduqda müştəri xidməti strukturlarına və onların müştərilərinə sənədli əməliyyatlar üzrə məsləhət verir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kreditlərin təhlili üzrə baş mütəxəssis” qeyd edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Kassir (Sumqayıt)
Son tarix 28 dek 2023 [email protected]
Ünvan: Sumqayıt şəhəri.
Namizədə dair tələblər
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- İntensiv rejimdə işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İşin təsviri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərə çek kitabçalarını vermək;
- Filialda nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.