AFB Bank
Proqramlaşdırma üzrə aparıcı mütəxəssis (Backend developer)
Son tarix 06 avq 2023 [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- “Software Developer”, “Software Engineer” olaraq ən azı 2-3 il iş təcrübəsi;
- “Agile Development” və “Extreme programming” metodologiyaları bilikləri;
- Məlumat strukturu (Data structures), Algoritm yaradılması, SQL bilikləri;
- Testlə idarə olunan mühitdə proqram tərtibatı və inkişafı (software design and development) üzrə təcrübə;
- Java, C#, PL/SQL, PHP, Javascript və s. proqramlaşdırma dili bilikləri;
- SFDC framework, Apex, VisualForce bilikləri;
- Git kod versiya vasitələrində bilik və təcrübə;
- Sistem dizaynı (system design) və məlumat əlaqələri (data relationship) bilikləri;
- JIRA, MS Excel, Visio, PowerPoint bilikləri;
- Yeni programlaşdırma dili və texnologiyalarını tez öyrənmək bacarığı.
İşin təsviri:
- Yeni tətbiq proqramları, modulların işlənib hazırlanmasında iştirak;
- Kod yazmaq və təhlil etmək, prototiplər qurmaq, kodla bağlı problemləri (bottlenecks və s.) həll etmək;
- Yeni tətbiq olunan proqramları test edib məlumat vermək;
- Problemləri həll etmək və təkmilləşdirilməli sahələri müəyyən etmək üçün məlumatları, prosesləri və kodları tərtib etmək və təhlil etmək;
- Yeni proqram tətbiqi ilə bağlı layihə qruplarında iştirak etmək;
- Yeni tətbiq olunmuş proqram üçün texniki sənədlərin hazırlanmasında iştirak etmək;
- İT, İT təhlükəsizlik, parol siyasəti və beynəlxalq təhlükəsizlik təcrübələrinə uyğun olaraq fəaliyyət göstərmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proqramlaşdırma üzrə aparıcı mütəxəssis (Backend developer)” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.