AFB Bank
Risklərin idarə edilməsi üzrə baş mütəxəssis
Son tarix 02 dek 2022 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika, və ya Biznesin idarə edilməsi üzrə ali təhsil;
- Əla səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
- MS Office proqramlarında işləmək bacarığı , xüsusilə, yüksək səviyyədə Excel bilikləri;
- Risklərin təhlili və minimallaşdırılması üzrə biliklər;
- Məntiqi və analitik düşünmə tərzi.
İşin təsviri:
- Bankın üzləşə biləcəyi risklərin müəyyənləşdirilməsi və bu risklərin bankın aktivlərinə, mənfəətinə və ümumilikdə müvəffəqiyyətinə potensial olaraq yaratdığı təsirlərin analiz edilməsi;
- Bankda risklərin idarə edilməsi ilə bağlı dataların toplanması, analiz edilməsi, risklərin ölçülməsi və əldə edilmiş nəticələrin Risklərin İdarə Edilməsi strukturunun direktoruna təqdim edilməsi;
- Bankda kredit, bazar, likvidlik riskləri üzrə modellərin qurulmasında və tətbiqində iştirak;
- Risklərin analizi üçün makroiqtisadi, vintaj, matris, riskdə olan dəyər, riskdə olan portfel təhlillərinin aparılması və təhlillər əsasında hesabatların hazırlanması;
- Risk növləri üzrə limitlərin müəyyən olunmasında iştirak;
- Aylıq olaraq bank üzrə verilmiş bütün kreditlərin düzgün təsnifləşdirilməsi və ehtiyatların yaradılmasının həyata keçirilməsi;
- Risklərlə bağlı stress-testlərin keçirilməsi və risklərin azaldılması məqsədi ilə təkliflərin verilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi üzrə baş mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.