Marketinq sahəsi üzrə Aparıcı/Baş mütəxəssis
Son tarix 01 may 2022 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
-
Ali təhsil;
-
Sahə üzrə 3 il iş təcrübəsi (bank sektorunda təcrübənin olması üstünlükdür);
-
Azərbaycan və Rus dili biliyi mükəmməl, İngilis dili biliyi arzuolunandır;
-
Kommunikasıya kanalları ilə işləmə bacarığı;
-
Mükəmməl ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
İşin təsviri:
-
Mövcud və yeni yaradılmış bank məhsulları barədə müxtəlif kommunikasiya kanalları vasitəsilə potensial müştərilərə məlumatın çatdırılması;
-
KİV-nin izlənilməsi, müxtəlif kommunikasiya kanalları üçün müvafiq məzmunların seçilməsi, təchizatçıların cəlb edilməsi, Bank daxilindəki və xaricindəki təchizatçılara yaradıcı tapşırıqların verilməsi;
-
Tabeçiliyində olan əməkdaşlara verilən tapşırıqların və vəzifə öhdəliklərinin vaxtında, düzgün və keyfiyyətlə icra edilməsinə nəzarət etmək, çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;
-
Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması;
-
Bankın marketinq büdcəsinin hazırlanması və təqdim edilməsi;
-
Bankın strateji hədəflərinin yerinə yetirilməsi üçün marketinq fəaliyyətinin uyğunlaşdırılması və planların hazırlanması, təkliflərin verilməsi;
-
Marketinq strategiyasının inkişafı ilə bağlı təkliflərin verilməsi;
-
Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
-
Dövrü hesabatların hazırlanması və təhlili.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Marketinq sahəsi üzrə Aparıcı/Baş mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.