Mikro kreditlər üzrə mütəxəssis (Qəbələ, Gəncə)
Son tarix 11 fev 2022
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Qəbələ və Gəncə şəhərləri.
Namizədə dair tələblər:
-
Ali təhsil;
-
Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
-
Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır.;
-
MS Office proqramlarında işləmək bacarığı;
-
Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
-
Məsuliyyətlilik və dəqiqlik.
İşin təsviri:
-
Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək
-
Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılması təmin etmək;
-
Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
-
Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
-
Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
-
Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.