İşə qəbul üzrə aparıcı/baş mütəxəssis
Son tarix 05 fev 2022 - [email protected]
Namizədə dair tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahədə 2 il iş təcrübəsi;
-
Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili və İngilis dili bilikləri arzuolunandır;
-
MS Office (MS Word, MS Excel, MS PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı;
-
İşə qəbul sahəsi və metodları haqqında biliklər;
-
Təşəbbüskarlıq, ünsiyyət və komandada işləmək bacarığı;
-
Məsuliyyətlilik, dəqiqlik və etibarlılıq.
İşin təsviri:
-
Bankın işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
-
Yaranan vakansiyaların bankdaxili və bankxarici elanlarını hazırlamaq və yerləşdirmək;
-
Ən səmərəli kanallardan istifadə etməklə istedadları müəyyən etmək və onları şirkətə cəlb etmək;
-
Daxil olan CV-lərin qeydiyyatını aparmaq və daim namizədlər bazasını yeniləmək;
-
Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədlərə məlumat vermək;
-
İşçi seçimi prosesində müvafiq imtahan və dəyərləndirmələri həyata keçirmək;
-
Bankda adaptasiya sisteminin tətbiqinə dəstək verir və işə yeni qəbul olunmuş işçilərin adaptasiyasını həyata keçirir;
-
İşçi axınını aylıq olaraq analiz etmək, işdən ayrılan əməkdaşlarla müvafiq sorğunun keçirilməsini təmin etmək və bununla bağlı hesabat hazırlamaq;
-
İşəqəbul hesabatlarını hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İşə qəbul üzrə aparıcı/baş mütəxəssis” qeyd edərək elektron ünvanına göndərməyini xahiş edirik.